Accessibility links

Bin Ladenin terror doktrinası barədə qeyd kitabcası aşkar edilib


Bin Ladenin terror doktrinası barədə qeyd kitabcası aşkar edilib
Bin Ladenin terror doktrinası barədə qeyd kitabcası aşkar edilib

ABŞ rəsmiləri deyir ki, Üsama bin Ladenin jurnalında potensial terror hücumları barədə informasiyalar var və bu məlumatlar Əl-Qaidə liderinin digər terrorçularla təmas qurduğunu göstərir.

Adının açıqlanmasını istəməyən rəsmilər bildirib ki, qeyd kitabcasında terror şəbəkəsinin doktrinası, potensial hədəflər və bu hədəflərə qarşı hücumların necə keçirilməsinin detallarını yazıb. Orada ABŞ-ın dəmiryol sisteminə hücumlar əks olunub və Birləşmiş Ştatlara hücumların vacibliyi vurğulanıb.

BUnunla yanaşı, Əl-Qaidənın Ərəbistan yarımadasındakı lideri bin Ladenin öldürülməsinin qisası olaraq ABŞ-a hücumlar barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG