Accessibility links

Bin Ladenin yerini tapmağa yardım edən həkim artıq altı ildir həbsdədir


O, Əl-Qaidənin təşkilatçısı Üsama Bin Ladenin axtarışındakı roluna görə ABŞ Senatında Dr. Qəhrəman kimi tanınır. Lakin vətəni olan Pakistanda Dr. Şakil Afridi xain olaraq görülür və altı ildir davam edən qarışıq məhkəmə işi səbəbilə həbsdədir.

ABŞ-ın Afridinin azadlığa buraxılmasına dair təzyiqlərinə baxmayaraq, hökümətin bu məsələyə nə dərəcədə diqqət ayırdığı məlum deyil. Bu məsələ Pakistanın militantlara qarşı mübarizəsini yoxlamaq üçün bir sınaq olaraq görülsə də, Afridinin azadlığa buraxılması ictimai qınağa səbəb ola bilər.

“Biz Dr. Afridinin haqsız yerə həbs olunduğunu düşünürük və bu məsələ ilə bağlı mövqeyimizi açıq bir şəkildə, gərək ictimai olaraq gərəksə bağlı qapılar arxasında Pakistana bildimişik”, deyə Dövlət Departamentinin bu həftə Ameirkanın Səsinə verdiyi bəyanatada bildirilir. “Biz bu məsələni Pakistanın rəhbərliyi ilə yüksək səviyyəli danışıqlar zamanı da qaldırırıq. Pakitan bizi əmin edir ki, Dr. Afridi insani rəftar görür və onun səhhəti də yaxşıdır.”

Afridinin hazırkı vəkili Qaram Nadim son 34 aydır müvəkkilini görə bilmir. Bu isə həm məyusedici həm də təhlükəlidir. Nadimdən əvvəlki vəkil Samiullah Afridi isə Əl-Qaidə üzvlərindən gələn hədələrdən sonra işi buraxıb, Dubaya köçmüşdü. 2015-ci iln mart ayında geri dönəndən sonra isə güllələnərək öldürülmüşdü. Onun ölümünə görə məsuliyyəti Talibandan parçalanıb ayrılan Cundullah və Camaatul Ahrar qrupları öz üzərinə götürüb.

“Məhkəmə onun işini 30 dəfə təxirə salıb, çünki ştat prokuroru məhkəmə qarşısına çıxmaqdan imtina edir”, deyə Nadim Amerikanın Səsinə bildirib. Ən son aprelin 12-nə təyin olunan dinləmə də prokurorun gəlməməsi səbəbilə təxirə salınıb.

Cəmil Afridi
Cəmil Afridi

Geniş yayılmış hekayəyə əsasən, Afridi Bin Ladenin ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin Bin Ladenin gizləndiyinə dair kəşfiyyat məlumatı aldığı Abbottabadda olduğunu təsdiq etmək məqsədilə DNT nümunələri almaq üçün saxta hepatitis vaksinasiyası keçirib. Saxta vaksinasiya kampaniyasından istifadə yardım qruplarının tənqidinə səbəb olub. Onlar bunun real layihələrlə bağlı şübhələr yaradacağını və yardım işçilərini riskə atacağını deyirdilər.

SEAL komandasının apardığı reyd nəticəsində 2011-ci ilin mayın 2-də terrorçu lider və digər dörd şəxs öldürüldü. Bundan dərhal sonra Bin Laden dənizdə dəfn edildi.

Bir neçə gün sonra Afridi Əfqanıstana qaçmağa çalışarkən Torxam sərhədində saxlanıldı. O, 2012-ci ilin may ayında Əfqanıstan sərhədi yaxınlığında yerləşən qəbilə bölgələrindəki yerli militant qrupları maddi yardımla təmin etmək ittihamları ilə həbs cəzasına məhkum olunub.

Afridi bürokratın başçılıq etdiyi qəbilə məhkəməsində mühakimə olunub. Məhkəmə onu 33 il müddətinə azadlıqdan məhrum edib. Appelyasiya şikayətlərinə yalnız qəbilə məhkəməsi baxa bilər. Nadimin isə Afridi ilə görüşməsinə icazə verilmir, baxmayaraq ki, daha yüksək məhkəmə buna icazə verib.

ABŞ Afridinin həbsdə saxlandığı hər il üçün Pakistana bir milyon, yəni toplam 33 milyon dollar dəyərində yardım kəsib. Buna baxmayaraq, İslamabad bu təzyiqlərə müqavimət göstərir.

Ötən noyabr seçkilərində prezident Donald Trampın qələbəsi Afridinin ailəsi və dostları arasında nələrinsə dəyişəcəyinə dair ümidin yaranmasına səbəb oldu. Tramp seçki kampaniyası zamanı Pakistanın Afridiyə qarşı rəftarını qınayırdı və Fox News-a verdiyi müsahibədə “iki dəqiqə” ərzində onun həbsdən çıxmasının təmin edəcəyini demişti.

Cavab olaraq isə, Pakistanın daxili işlər naziri Çoundri Nisar Əli Xan heç kəsin Pakistana bu işlə bağlı nə isə deməyə haqqının olmadığını deyib.

Afridinin ailəsi isə onun həbsindən bəri məhkəmə işindən bəhs etməkdən qaçınıb. Onun qardaşı Cəmil Əfridi isə hüquq məsləhətçilərinin yardımı isə Amerikanın Səsinə bütün ailənin məhkəmə prosesindən məyus olduğunu deyib.

“Biz ailəsi olaraq ABŞ və Pakistanın onun sərbəst buraxılmasına dair diplomatic həll yolu tapmalarını istəyirik, çünki onun övladları əzab çəkir”, deyə Cəmil Afridi bildirib. “Biz məhkmə prosesi ilə bağlı şərh vermək və Pakistana problemlər yaratmaq istəmirik,” deyə o əlavə edib.

XS
SM
MD
LG