Accessibility links

Hindistanda binanın dağılması 41 nəfərin həyatına son qoyub


Hindistan polisinin məlumatına görə Mumbay yaxınlığında çoxmərtəbəli binanın dağılması nəticəsində 11 uşaq daxil olmaqla 41 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb.

Xilasedicilər axtarışlarını davam etdirir və dağıntılar altında daha çox insanın olacağı güman edilir.

Hadisə dünən axşam Mumbayın Teyn qəsəbəsində inşası başa çatmayan yeddi mərtəbəli binada baş verib.

Həyatını itirənlərin çoxu inşaatçılar olub. Tikinti hələ davaç etsə də, onların ailələri artıq binanın ərazisində yaşayırmışlar.

Yerli sakinlər və rəsmilər deyir ki, bina qoruq ərazisində çox qısa müddətdə tikilib.

Yerli polis kommissarı Raqhuvanşi tikintinin qeyri-qanuni aparıldığını təsdiqləyib.
Təhqiqatçılar hadisədə günahkar bilinən inşaat şirkətinin sahiblərini axtarır.
XS
SM
MD
LG