Accessibility links

Binladin qrupu Səudiyyə Ərəbistanı höküməti tərəfindən ələ keçirildiyini inkar edir


Səudiyyə Ərəbistanının nəhəng inşaat şirkəti “özəl şirkət” olaraq qaldığını desə də, “bəzi səhmdarlarının borc müqabilində səhmlərinin bir hissəsinin hökümətə ötürülməsinə dair razılıq əldə etdiklərini” etiraf edib.

Saudi Binladin Group (SBG) şirkəti yaydığı bəyanatda bu addımı “müsbət addım” olaraq gördüyünü bildirib.

SBG sədri Bəkr Bin Laden Səudiyyə Ərəbistanının korrupsiyaya qarşı təqibləri zamanı həbs olunub. Bundan əlavə ötən il Şahzadə Məhəmməd Bin Salmanın göstərişi ilə onlarla şahzadə və digər biznesmenlər də həbs edilib.

Səudiyyə Ərəbistanı rəsmiləri deyir ki, onlar dövlət xəzinəsinə 100 milyon dollar toplamaq məqsədilə həbs olunanlar ilə danışıqlar aparır.

SBG 1931-ci ilə Məhəmməd Bin Ladin tərəfindən təsis olunub. Krallıq 1950-ci ildə Məkkə və Mədinədə məscidlərdə tikinti işləri aparmaq üçün SBG ilə müqavilə imzalayandan sonra şirkət sürətli şəkildə inkişaf etməyə başladı. 1964-cü ildə SBG Qüdsdə Qübbətüs-Səhraya yenidən üzlük çəkib.

Son illərdə SBG bir çox çətinliklərlə üzləşib və minlərlə işçini işdən çıxarıb.

SBG 2011-ci ildə Pakistanda ABŞ qüvvələri tərəfindən öldürülmüş keçmiş Əl-Qaidə lideri Usama Bin Ladenin ailəsinə məxsusdur.

XS
SM
MD
LG