Accessibility links

Azərbaycanda biometrik pasportlar


Az'rbaycanın yeni pasportları
Az'rbaycanın yeni pasportları

“Bir pasport - bir şəxs” təcrübəsinin tətbiqi başlayır. Pasportların verilməsi sadələşdirilir və müddəti sürətləndirilir. Yeni pasportlara keçid üçün 6 ay vaxt ayrılır.

Prezident İlham Əliyev 2012-ci il iyunun 12-də parlament tərəfindən qəbul olunmuş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
Prezidentin fərmanı ilə beynəlxalq “Bir pasport - bir şəxs” təcrübəsinin tətbiqi, həmçinin pasportların verilməsi qaydaları sadələşdirilir və verilmə müddəti sürətləndirilir. Hökumətə tapşırılıb ki, hər 6 aydan bir pasport islahatı barədə prezidentə məlumat versin. Ümumilikdə, yeni pasportlara keçid üçün 6 ay vaxt ayrılır.
Qanuna edilən dəyişikliklər 18 yaşına qədər şəxslərə xarici pasportun verilməsini də nəzərdə tutur. Pasportların verilmə müddəti 10 günədək azaldılacaq.
Vətəndaş ölkədən uşaqla birlikdə gedərkən həddi-büluğa çatmayanların adlarının valideynlərinin pasportlarına yazılması və fotonun yapışdırılması ləğv ediləcək.
Xarici pasport 1 yaşından 18 yaşına kimi uşaqlara veriləcək. Pasport bir yaşından kiçik uşaqlara 12 ay, 3 yaşınadək olanlara 36 ay, 18 yaşına qədər olanlara 5 il müddətinə veriləcək. Həddi-büluğa çatanlar üçün 10 il müddətinə verilir.
Xidməti pasportların alınması və dəyişdirilməsi üçün dövlət rüsumu ləğv olunub.
Sənədin fəaliyyət müddəti bitdikdə, soyad dəyişdikdə, pasport yararsız hala düşdükdə, pasportda və ya elektron daşıyıcıda yanlış informasiya olduqda pasport bir gün ərzində dəyişdirilməlidir və dövlət rüsumu alınmır.
2013-cü il iyunun 1-dək verilən pasportların fəaliyyət müddəti bu müddət bitənə kimi və ya vətəndaşın soyadı, atasının adı dəyişənə, həmçinin pasport itənə, yararsız hala düşənə, pasportda və ya elektron daşıyıcıda yalnış informasiya aşkar edilənə kimi qüvvədə qalır.
Yeni pasportlar həmçinin biometrik olacaq lakin öz rəngini saxlayacaq: ümumvətəndaş pasportu tünd yaşıl, xidməti pasport tünd göy, diplomatik pasport tünd qırmızı rəngdə olacaq.
XS
SM
MD
LG