Accessibility links

Süni adam [Video]


Süni insan - Bionic Man
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Süni insan - Bionic Man

Yeni, danışan, gəzən, görən və eşidən robot bu yaxınlarda Vaşinqton şəhərindəki Smitsonianın Milli Fəza muzeyində nümayiş etdirilib. O, nə yaxşı gəzə bilir, nə də rəqs edə bilir. Lakin 2 metr hündürlüyündəki bu robot gələcək üçün böyük ümidlər verir.

Sintetik insan orqanlarından və bədən hissələrindən hazırlanmış robotun adı Bionik Man – yəni süni insandır. Bu robota aid çəkilmiş sənədli film pərdə arxasında baş verənlərdən bəhs edir.

Aparıcı Bertolf Meyer tibbi texnologiyanın nə dərəcədə inkişaf etdiyini nəzərdən keçirir. “Bu gün biz insan bədəninin hansı hissələrini dəyişə bilərik? Əgər biz insan bədəninin müxtəlif hissələrini bir yerə yığsaq, nə alınar? Bu da nəticə, Baxın nə görürsünüz.”

Zürix universitetindən psixoloq Meyer bionik adamın əlinin və bundan əlavə 27 müxtəlif süni bədən hissəsinin olduğunu deyir. “Onun süni orqanları var, onun insan üçün artıq istifadə olunmuş süni ürəyi var, onun ürəyi və qan-damar sisteminin işləməsi üçün süni boruları var.”

“Onun mənimki kimi süni əli var. Anadangəlmə məndə sol qoldan aşağı heç nə olmayıb. Bu sanki gələcyin əlil arabasıdır. Bu cihaz iflic olmuş insanlarda gəzmə qabiliyyətini bərpa edəcək."

Bu süni insanın bədən orqanları dünyanın müxtəlif bölgələrindən olan alimlərin ixtiralarıdır ki, onlardan biri də İngiltərənin De-Montroft universitetinin professoru Con Teylordur. O, mədəaltı vəzi ixtira edib. “Burada söhbət robotun ixtirasından deyil, tibbin gələcəyindən gedir.”

Mayer gələcəyə böyük ümidlər olduğunu deyir. “Bu layihə onu göstərir ki, biz artıq insanın yararsız orqanlarını dəyişə bilərik.Yaxın gələcəkdə texnologiyanın insan orqanlarını dəyişməsinə, bir çox xəstəliyin qarşısının alınmasına imkan yaradacağını görürük.”

Bütün bunlara baxmayaraq, o, bionik varlığın əsl insanı əvəz edə builmədiyini deyir.
“Bu robot heç cür insanı əvəz edə bilməz. Onun süni beyni yoxdur və bu cihaz yalnız insan bədəninə uyğun orqanları cizgiləndirir.

Beləliklə, mühəndislər və həkimlər bir araya gələrək, insan potensialının hüdudlarını genişləndirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG