Accessibility links

Mormonlar kimdir? VIDEO


Mormonlar kimdir? VIDEO
Mormonlar kimdir? VIDEO

Prezidentliyə namizəd Mit Romni də mormondur

Prezidentliyə Respublikaçı iddialı Mit Romni namizədlik istiqamətində uğur qazandıqca, mormonlar sevinir. Onlar eləcə də bir çox amerikalının Mormon kilsəsi haqda şübhəli təsəvvürlərə malik olduqlarının fərqindədirlər.

Kuk ailəsi adi Amerika ailələrindən biridir. Lakin Deyv Kuk və onun həyat yoldaşı mormondurlar və İsa Məsih Son Günün Müqəddəsləri kilsəsinin üzvüdürlər.

“Bəziləri bizim kilsə haqda çox şey bilir, bəziləri isə heç nə bilmir. Mormonlar haqda fikirlər müxtəlifdir.” - deyə, Deyv Kuk bildirir.

Mormonlar Birləşmiş Ştatlar əhalisinin 2 faizini təşkil edir. Deyv Kuk deyir ki, son zamanlar bəziləri mormonlar haqda fikirlərini dəyişməyə başlayıb.

Prezidentliyə namizəd, Respublikaçı Mit Romni rəqibi Con Hantsman kimi mormondur. Din və İctimai Həyat Pyu Forumundan Qreq Smit kilsədən xaricdə mormonların həyatları haqda tədqiqat aparıb. “Bu qrup çiçəklənməkdə davam edir. Onlar getidkcə cəmiyyət tərəfindən qəbul olunur və özlərini Amerika cəmiyyətinin tərkib hissəsi kimi görürlər."

Buna baxmayaraq bir çox mormon hələ də ayrıseçkiliyə məruz qaldıqlarını deyirlər. Qreq Smit: “Çox sayda mormon Birləşmiş Ştatlarda ayrı-seçkiliyə məruz qaldıqlarını, ölkədəki mormonların üçdə ikisi isə Amerika ictimaiyyətinin üzvü kimi qəbul edilmədiklərini deyirlər.”

Mormon kilsəsinin təməli Amerikada 19-cu əsrdə qoyulub. Mormon etiqadının banisi Cozef Smit 1884-cü ildə qətlə yetirildikdən sonra onun davamçıları təqiblərə məruz qalıb.

Bu yaxınlarda prezidentliyə namizəd Mit Romni sorğu-suala tutulduğu vaxt, Texas ruhanisi ona mormonların Xristian olmadığını dedi: “Məncə mormonluq bir kultdur.”

Deyv Kuk belə hücumların zərərli və doğru olmadığını və mormon prezidentin Amerika üçün yaxşı olacağını deyir. O, mormonların vətənpərvər olduğunu deyir.

Araşdırmalar mormonların Respublikaçılar partiyasına meylli olduqlarını və onların ailəyə bağlılıqlarını vurğulayır.

XS
SM
MD
LG