Accessibility links

Bir həftə əvvəl Vladimir Putinlə görüşən baş həkim Denis Protsenkoda koronavirus aşkarlanıb


Putin and Protsenko
Putin and Protsenko

Koronavirusa yoluxmuş xəstələr üçün ayrılmış Kommunarka (Yeni Moskva) xəstəxanasının baş həkimi Denis Protsenkonun koronavirus testləri müsbət çıxıb. Bu barədə "Rusiya 24" telekanalı və Rusiya xəbər agentlikləri məlumat yayıb.

Protsenko hər gün xəstəxanaya gətirilən pasiyentlərin qeydlərini aparması ilə tanınır. Bu qeydlərdən görünür ki, martın əvvəlindən başlayaraq xəstəxanaya gələn insanların çoxu artıq pnevmoniya simptomu ilə daxil olub - yəni virusun son mərhələsində. Sonradan bir çox xəstədə COVID-19 diaqnozunu təsdiqlənib. Çərşənbə axşamı səhər Protsenkonun açıqladığı hesabata görə, xəstəxanada pnevmoniya diaqnozu qoyulmuş 202 xəstə var, onlardan 186-sı COVİD-19 daşıyıcısıdır

Ötən həftə martın 24-də Rusiya prezidenti Vladimir Putin Kommunarka xəstəxanasında olub, O, Protsenko ilə görüşərək müzakirələr aparıb.

Baş həkimin nə vaxt yoluxduğu məlum deyil. NTV xəbər verir ki, Putinin sözçüsü Dmitri Peskov prezidentin mütəmadi olaraq koronavirus testləri etdirdiyini deyib və "hər şey qaydasındadır" söyləyib.

Peskov daha əvvəl bildirib ki, Putinlə görüşən hər kəs əvvəlcədən yoxlanılır.

Rusiyada son bir gündə yoluxanların sayı 500 nəfər artaraq 2 mini keçib. Bu, gündəlik ən böyük artımdır. Moskvadan başlayaraq bölgələrdə də sərt karantin tədbirləri tətbiq edilir.

XS
SM
MD
LG