Accessibility links

Bir nömrəli uşaq qatili – maşın qəzaları


Dünya Səhiyyə Təşkilatı (DST) hər il 1.35 milyon adamın ölümünə bais olan maşın qəzalarının azaldılması istiqamətində təcili addımlar atılmasına çağırır.

Bu qəzaların əksər kəsimi yoxsul ölkələrdə baş verir.

Yoxsul ölkələrdə dünya maşınlarının bir faizi cəmləşib. Halbuki burada ölənlərin sayı ümumi ölənlərin sayının 13 faizini təşkil edir.

Cenevrədə BMT agentliyinin yol təhlükəsizliyi 2018 üzrə açıqladığı hesabatda vurğulanır ki, yol qəzaları 5-29 yaşlı uşaq və gənclər arasında ölümün başlıca səbəbidir.

Təqribən hər 24 saniyədən bir maşın qəzasında uşaq həyatını itirir.

BMT-nin Əlil, Zorakılıq və Xəsarətdən Qorunma üzrə Departamentinin rəhbəri Etienne Kruq bu ölümlərin qeyri-bərabərlikdən meydana çıxdığını bildirir.

“Aşağı gəlirli ölkələrdə dünya maşınlarının bir faizi cəmləşib. Halbuki burada ölənlərin sayı ümumi ölənlərin sayının 13 faizini təşkil edir,” Kruq deyib. “Yüksək gəlirli ölkələrdə isə maşınların sayı 40 faizdir, lakin qəzada ölənlərin sayı 7 faiz civarındadır.”

Ən çox qəza ölüm halları Afrikada qeydə alınıb.
Ən çox qəza ölüm halları Afrikada qeydə alınıb.

Hesabata əsasən, ən yüksək ölüm göstəriciləri Afrikada, ən aşağı göstəricilər isə Avropada qeydə alınıb.

Əsas risk amilləri polaraq sürət, içkili şəkildə maşın idarə etmək, təhlükəsizlik kəmərlərindən, motosiklet dəbilqələrindən və uşaqları qoruyucudan istifadə olunmaması sadalanır.

DST bildirir ki, ciddi yol hərəkəti qaydaları müəyyən edən və onlara riayəti təmin edən 48 ölkədə yol qəzalarında ölənlərin sayının azaldılması istiqamətində proqres əldə olunub.

XS
SM
MD
LG