Accessibility links

Birinci Dünya Müharibəsi - Türkiyənin unutmaq istədiyi tarix


Birinci Dünya Müharibəsi - Türkiyənin unutmaq istədiyi tarix
please wait

No media source currently available

0:00 0:02:56 0:00

Birinci Dünya Müharibəsi - Türkiyənin unutmaq istədiyi tarix

Bu gün dünyanın hər yerindən olan yük gəmiləri bura, İstanbula gəlir. Ancaq 100 il əvvəl bura Osmanlı İmperiyasını məğlubiyyətə uğradan müttəfiq qoşunların döyüş gəmilərlə dolu idi. Hansı ki Türkiyə bunu unutmağa çalışır.

"Biz Birinci Dünya Müharibəsinin başlanğıc və sonunu xatırlamamağı daha üstün tuturuq. Çünki bu, bir hadisə deyil, ölkəyə fayda gətirən inkişaf hesab edilir." - deyə, Kadir Has Universitetinin əməkdaşı Serhat Güvenc bildirib.

Bu məğlubiyyət təkcə ölkənin əksər bölgəsi ilə bərabər İstanbulun da işğalı demək deyildi. Məğlubiyyət həm də Osmanlı İmperiyasının sona çatması və müasir Suriya və İraqa çevrilmiş geniş ərazilərin Britaniya və Fransızlar tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdi.

"Birinci Dünya Müharibəsindən sonra hələ də türk siyasətinə, türk mədəniyyətinə təsir edən bir çox tarixi məsələ var. İmperiyanı itirmənin travması, Sevr sindromu, ölkəni itirmək qorxusu və s. Beləliklə, bu qorxu müxtəlif formalara düşməyə və vətəni itirmək qorxusu ictimaiyyəti təqib etməyə davam edir." - deyə, Serhat Güvenc əlavə edib.

Bütün türklər Türkiyə Respublikasının qurucusu Atatürkün Dünya Müharibəsindən sonra müttəfiq güclər tərəfindən ölkənin bölünməsinə qarşı necə müqavimət göstərdiyini və Sevr müqaviləsi sayəsində daha çox ərazilərin itirilməsinin qarşısını necə aldığını yaxşı bilir.

Siyasi kursunu İslam və milliyyətçilik üzərində quran prezident Rəcəb Tayyib Ərdoğan ölkənin Osmanlı keçmişi üçün nostalgiya və itirilmiş torpaqların xatirələrinin yenidən canlanmasında əsas rol oynayır.

Bəzi Türkiyəlilər keçmiş Osmanlı əraziləri olan qonşu Suriya və İraqda yaşanan qarşıdurmaları tarixi ədalətin bərpa olunması üçün bir imkan olaraq görür.

"Bu gün Yaxın Şərqdə vəziyyət təlatümlüdür və hətta sərhədlərin dəyişdirilməsindən belə söhbət gedə bilər. Türkiyə də bunu Birinci Dünya Müharibəsindən sonrakı narazılıqları düzəltmək və Türkiyəyə aid olanları geri almaq üçün bir fürsət olaraq görür. Ancaq bu uzaq prespektivdə baş verə bilər.'' - deyə, keçmiş Türkiyə diplomatı Aydın Selcen bildirib.

Həm İraq, həm də Suriyada türk əsgərləri xidmət edir.

Suriyada böyük bir ərazi İslam Dövləti və Kürd qüvvələrinə qarşı mübarizənin bir hissəsi olaraq Türkiyənin nəzarətindədir.

Türkiyə qüvvələrinin bu keçmiş Osmanlı imperiyasının torpaqlarında daha uzun müddət qalması rəsmi Ankaranın birinci Dünya Müharibəsindən sonra bitməmiş işlərini həll etmək istəyib-istəməməsi ilə bağlı suallar ortaya çıxarır.

XS
SM
MD
LG