Accessibility links

Birinci ledilərin "moda diplomatiyası"


Birinci ledilərin "moda diplomatiyası"
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Birinci ledilər seçilmir, amma ərləri prezident olduğu zaman onların ölkəni təmsil etmələri, bunu edərkən isə yaxşı görünmələri gözlənilir. Onların açıq siyasi səlahiyyətləri olmasa da, onlar mesajlarını çatdırmaq üçün “moda diplomatiyası”na üz tuturlar.

Birinci ledi olandan bir neçə saat sonra Cil Bayden hər bir ABŞ ştatı və ərazisinin rəsmi gülü ilə bəzədilmiş xüsusi hazırlanmış libas və palto geyinmişdi.

“Delaveyr ştatını təmsil edən gül onun ürəyinə ən yaxın yerə yerləşdirilmişdi. Yəni məncə o bu paltarla birliklə bağlı mesaj verirdi. Bu isə onun həyat yoldaşının prezident kimi diqqət verdiyi əsas mövzulardan biridir – ölkəni birləşdirmək,” Ohayo Universitetinin tarix professoru Katerin Cellison deyir.

“Birinci ledinin nə geyindiyi əslində çox vacibdir. Bunun doğru olub-olmaması başqa bir sualdır, amma bilirsiniz bu, moda diplomatiyasının pik nöqtəsidir,” prezident tarixçisi Keyt Anderson Brouer bildirir.

Birinci ledilərlə bağlı kitab yazan Brouer deyir ki, prezidentin həyat yoldaşının Amerikada istehsal olunan paltar geyinməsi gözlənilir. Onun həm də dizaynerin karyerasına təsir göstərmək gücü var.

Mişel Obamanın inaqurasiyada geyindiyi paltarlar bunun nümunəsidir.

“O, çox az insanın adını eşitdiyi Jason Wunun hazırladığı məşhur bir çiyni açıq ağ libas geyinmişdi və bununla onun karyerasına təkan verdi,” prezident tarixçisi Keyt Andersen Brouer deyir.

Brouer deyir ki, birinci ledilər yaxşı, amma eyni zamanda istiqanlı görünməlidirlər. Onların amerikalı qadınlar üçün əlçatan ola biləcək və ya geyinmək üçün can atacaqları paltarlar geyinmələri gözlənilir.

“Melania Tramp birinci ledi olduğu zaman 51 000 dollarlıq bu Dolce&Gabanna jaketini geyinmişdi. Bu isə əksər insanların illik gəliridir və tamamilə əlçatmaz görünürdü,” Brouer söyləyir.

Mişel Obama çox dəfə bahalı dizaynerlərin paltarlarını geyinib, amma o həm də qarderobuna əlçatan geyimlər daxil etməklə tanınırdı.

“Biz Mişel Obamanın yüskək və aşağı qiymətli paltarlar geyindiyini gördük. O, ali baş ana idi, ona görə də, J.Crew-dan jaketlə məsələn Carolina Herreradan ətək geyinirdi. Yəni mən düşünürəm ki, birinci ledilər belə bir üstünlüyə sahibdirlər ki, onlar dizaynerlərə diqqət cəlb edə bilərlər, amma eyni zamanda əlverişsizlikləri də var ki, onlar əlçatmaz paltarları geyinə bilməzlər, çünki insanlar bunu görmək istəmirlər,” Brouer deyir.

Brouer Amerikanın yeni birinci ledisi Cill Baydenin çox insan üçün əlçatan və əlverişli olan paltarlar geyinəcəyini gözləyir, xüsusilə də pandemiya dövründə.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG