Accessibility links

Birinci xanımların Ağ Evdə Milad ənənəsi


Birinci xanımların Ağ Evdə Milad ənənəsi
please wait

No media source currently available

0:00 0:02:24 0:00

1800-cü ilin dekabr ayında prezident Con Adams və birinci xanım Abigel Adamsın Ağ Evdə Milad Bayramını qeyd etməsindən bəri qış mövsümü ABŞ prezidentlərinin iqamətgahında müxtəlif bayram şənlikləri keçirilir. Bu il birinci xanım Melaniya Tramp Ağ Evin otaqlarını “Amerika xəzinəsi” kimi vətənpərvərlik mövzusunda bəzəyib.

1600 Penselvaniya avenyuda bayram mövsümüdür. Melaniya Tramp üçün isə burada ikinci bayram mövsümüdür və o bütün birinci xanımların Ağ Evdəki bayram ənənələrini davam etdirir.

Ağ Evdə hər il Milad ağacının olması və həmin ağacın bəzədilməsi üçün xüsusi bir mövzuda dekorasiyanın seçilməsi ənənəsi sabiq birinci xanım Jaklin Kennedinin dövründən qalıb. 1961-ci ildən bəri birinci xanımlar Ağ Evin bəzədilməsində vacib rol oynayıb.

Bu il isə birinci xanım Melaniya Tramp dekorasiya üçün vətənpərvərlik mövzusu olan “Amerika xəsinəsi”ni seçib. Bu ornamentlər onun zorakılığa qarşı “Ən yaxşı ol!” kampaniyasını təbliğ edir. Lakin onun zoğalı rəngli ağacları internetdə gülüş hədəfinə çevrilib. “Biz XXI əsrdə yaşayırıq və zövqlər müxtəlifdir. Mənim fikrimcə, onlar fantastik görünür” - deyə, Melaniya Tramp bildirib.

Milad ağacları ilk dəfə deyil diqqət mərkəzindədir. 1900-cu illərin əvvəllərində Teodor Ruzvelt prezident olanda, o, Milad bayramını ağacsız qeyd edirdi. Lakin onun oğlu Arçı bir dəfə ağacı şkafda gizləşmişdi. "Ağ Evin Tarixi Assosiasiyası"ndan Metyu Kostello: “Bu, Ağ Ev tarixində ən böyük hekayələrdən idi. Mətbuat gözləyirdi. Onlar Rusveltlərin ağac bəzəyib-bəzəməyəcəyini bilmək istəyirdi. Nəhayət, Arçı bir ağac bəzədi.”

Zoğalı rəng ənənəsinə Melaniya Tramp başlamayıb. Zoğalı rəngli ağaclar Ağ Evə 1975-ci ildən bəri gətirilir və bu ənənə Reyqan administrasiyası vaxtından bəri davam edir. “Nensi Reyqan qırmızı rəngi sevərdi. Birinci xanımın portretində də o, qırmızı dondadır. Onun qab-qacaq dəsti də qızmızı idi. Beləliklə, bu ənənəni dəstəkləyənlər var” - deyə, Metyu Kostello bilririr.

Özünün ənənələri ilə zəngin olan Ağ Evdə hər ilin sonunda əsas diqqət Milad ağacına yönəlir. Jaklin Kennedinin "Şelkunçik ağacı"ndan tutmuş, Hillari Klintonun “Şaxta babanın dükanı” və Melaniya Trampın “Amerika xəzinəsi”nə qədər Amerikanın birinci xanımlarının hər biri bu bayramı özünəməxsus qeyd edir.

XS
SM
MD
LG