Accessibility links

ABŞ-ın birinci xanımı hələlik Nyu-York şəhərində yaşayacaq


Melania Trampın birinci xanım kimi təyyarə, vertolyot və maşınların qapıları da daxil olmaqla bütün qapıların onun üçün açıqdır.

TMZ yazır ki, ABŞ-ın birinci xanımı oğlu Barronun hazırkı məktəbində qalaraq təhsil ala bilməsi üçün Nyu-York şəhərindəki evi ilə Ağ Ev arasında gedib-gələcək.

Planını reallaşdırmaq üçün xanım Tramp cümə günləri Vaşinqton şəhərinə gələcək və bazar günü geri Nyu-Yorka dönəcək. Vaşinqtonla Nyu-York arasında hər marşrut 90 dəqiqə vaxt aparacaq.

Maşın karvanının müşayiəti altında onlar 20 dəqiqəyə Merilend ştatında yerləşən Andrü Hava Qüvvələri bazasına çatacaq. Buradan onlar təyyarə ilə 45 dəqiqə Nyu-York şəhərinin Laquardia hava limanına uçacaqlar. Daha sonra vertolyotla 15 dəqiqə yaşadıqları rayona uçacaq və nəhayət maşın karvanının müşayiəti altında 4 kilometr avtomobildə getdikdən sonra Tramp qülləsinə çatacaqlar.

Bütün proses haradasa 90 dəqiqə vaxt alacaq. Hər halda bu, sabiq prezident Barak Obamanın qolf raundlarından daha az vaxtdır.

XS
SM
MD
LG