Accessibility links

Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası Azərbaycanda din azadlığı ilə bağlı yeni hesabatını açıqlayıb


Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) martın 18-də Azərbaycanda din azadlığının vəziyyəti ilə bağlı hesabatını yayımlayıb.

Hesabata əsasən, Azərbaycan son illərdə dini azadlıq üçün şəraitin yaxşılaşdırılmasında irəliləyiş əldə edib. Buna hüquq-mühafizə orqanlarının dini icmalara qarşı reydlər keçirməyi dayandırması, öz dinləri və inanclarına “dinc şəkildə və icazəsiz əməl etməyə görə uzun müddətdən bəri tətbiq edilən fərdlərin saxlanılması və cərimələnməsi təcrübəsini”nin azaldılması və bir çox dini fəalların əfv olunması daxildir.

Lakin, buna baxmayaraq, hesabatda bildirilir ki, “hökumət bütün dini icmalara və onların fəaliyyətlərinə yersiz nəzarəti tətbiq etməyə davam edir” və Azərbaycanda dini azadlığa problematik qanunvericilik, xüsusilə də ölkənin 2009-cu ildə qəbul olunan “Dini Etiqadların Azadlığı” haqqında qanun yolu ilə maneələr törədilir. Hesabatda hökumətin bu qanunu dəyişməyə maraq göstərmədiyi də qeyd olunur. Bundan əlavə hesabatda həmçinin dini icmalara tətbiq olunan məcburi qeydiyyat kimi bir sıra məhdudiyyətlər, dini fəalların davamlı həbsi sadalanıb.

“Nəticədə xristian dini icmalar və fərdlər öz dini fəaliyyətlərini məhdudlaşdırdıqlarını və mümkün hökumət təqibi qorxusu ilə, öz dini fəaliyyətlərini gizli şəkildə yerinə yetirdiklərini bildiriblər,” komissiya hesabatda bildirib.

Hesabatda həmçinin bildirilib ki, Azərbaycan hökuməti insanları dini fəaliyyətlərinə görə həbs etməyi davam etdirib.

Bununla yanaşı Birləşmiş Ştatların Beynəlxalq Din Azadlığı Komissiyası 2020-ci ilə aid illik hesabatında ABŞ Dövlət Departamentinə Azərbaycanı dini azadlıq sahəsindəki davamlı və sistematik pozuntularına görə Xüsusi Müşahidə Siyahısına salmağı tövsiyyə edib. Komissiya həmçinin ABŞ hökmətinə 2009-cu ilin Dini Etiqad Haqqında Qanunu yenidən nəzərdən keçirməsi üçün Azərbaycan hökuməti ilə birgə işlər görməyi də tövsiyyə edib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG