Accessibility links

ABŞ-da 41 yeni qızılcaya yoluxma halı qeydə alınıb


ABŞ-ın səhiyyə rəsmiləri Birləşmiş Ştatlar boyu 41 yeni qızılcaya yoluxma halının qeydə alındığı barədə məlumat verib.

Beləliklə qızılcaya yoluxma hallarının səviyyəsi 20 ildə ən yüksək həddə çatıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) bildirilib ki, 24 ştatda 880 yoluxma halı qeydə alınıb. Bu isə xəstəliyin ölkənin yarısını əhatə etməsi deməkdir.

Mərkəzdən bildirilib ki, xəstəliyin qızılcanın geniş yayıldığı İsrail, Filippin və Ukrayna kimi ölkələrdən ABŞ-a səyahət edən şəxslər vasitəsi ilə ötürüldüyünə inanılır.

CDC uşaq yaşlarında xəstəliyə yoluxmuş və bədənində xəstəliyə immunitet yaranmış insanlardan başqa yaşı 12 aydan yuxarı olan hər kəsə peyvəd vurulmasını məsləhət görür.

Qızılca yoluxucudur və əsasən öskürmə və askırma vasitəsi ilə ötürülür.

XS
SM
MD
LG