Accessibility links

Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında məhbus mübadiləsini alqışlayıb


Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Borispol beynəlxalq aeroportunda Rusiya ilə məhbus mübadiləsindən sonra azad edilmiş ukraynalı məhbusları qarşılayır, 7 sentyabr, 2019.
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Borispol beynəlxalq aeroportunda Rusiya ilə məhbus mübadiləsindən sonra azad edilmiş ukraynalı məhbusları qarşılayır, 7 sentyabr, 2019.

Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında məhbus mübadiləsini alqışlayıb və Moskvanı Minsk razılaşmaları çərvəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

“ABŞ Ukrayna tərəfindən saxlanılan 35 məhbus müqabilində Rusiya tərəfindən 35 ukraynalının azad edilməsi haqda məlumatları alqışlayır” – deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqlamasında bildirilir.

Biz Rusiyanı Krım tatarları icmasının haqsız olaraq həbs edilmiş üzvləri də daxil olmaqla, bütün başqa ukraynalıları azad etməyə çağırırıq.
Morqan Ortaqus

“Biz dəfələrlə Qara dənizdə Kerç boğazı yaxınlığında 2018-ci ilin noyabrında Ukrayna gəmilərinə hücumdan sonra Rusiya tərəfindən saxlanmış 24 ukraynalı dənizçinin, eləcə də Oleq Sentsov və digər siyasi məhbusların azad edilməsinə çağırmışıq. Biz onların evə qayıtdığı haqda xəbərləri alqışlayırıq”, açıqlamada deyilir.

“Biz Rusiyanı Krım tatarları icmasının haqsız olaraq həbs edilmiş üzvləri də daxil olmaqla, bütün başqa ukraynalıları azad etməyə çağırırıq”- deyə, Morqan Ortaqus bildirib.

Dövlət Departamentinin nümayəndəsinin açıqlamasında deyilir ki, Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında daha aktiv dialoqa işarələri görməkdən məmnunluq duyur.

“Prezident Zelenski Ukraynanın şərqində Rusiyanın təhrik etdiyi münaqişənin diplomatik həllinə sadiq qaldığını açıq bəyan edib. Biz prezident Zelenskinin səylərini dəstəkləyirik və Rusiyanı Minsk razılaşmaları çərvəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq” – deyə, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG