Accessibility links

Birləşmiş Ştatlar və Rusiya bu həftə danışıqlarla bağlı az nikbinlik ifadə edir


Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli diplomatları Moskvanın Ukrayna sərhədi boyu kütləvi şəkildə hərbi qüvvə cəmləşdirməsi və Rusiyanın Qərbdən təhlükəsizliklə bağlı qarantiyaları ilə bağlı bu həftə Avropada yüksək səviyyəli danışıqlarda iki ölkə arasında gərginliyin azalacağına dair az nikbinlik ifadə ediblər.

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, o, gələn həftə ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı danışıqlarda irəliləyiş gözləmir, lakin tərəflərin razılaşa biləcəyi sahələr ola biləcəyinə ümid edir. “Gələn həftə hansısa irəliləyişi görəcəyimizi düşünmürəm”, Blinken CNN tele kanalına müsahibədə deyib.

“Bizim öz fikirlərimizi bildirmək imkanımız olacaq. Ruslar da bunu edəcək və biz inkişaf üçün hər hansı əsasın olub-olmadığını görəcəyik”, Blinken bildirib.

ABŞ Dövlət katibinin sözlərinə görə, istənilən irəliləyiş danışıqlarda hər iki tərəfin hərəkətlərindən asılı olacaq. O bildirib ki, problemlərin həlli istiqamətində istənilən addım qarşılıqlı əsasda atılmalıdır.

Blinken Rusiyanın Ukrayna ilə sərhəddə hərbi gücünü artırdığı şəraitdə irəliləyiş əldə etməyin çətin və hətta qeyri-mümkün ola biləcəyini vurğulayıb.

Blinken ABC tele kanalına müsahibədə deyib ki, “Rusiyanın Ukrayna sərhədlərində 100 min əsgər yerləşdirməsi ilə eskalasiya şəraitində (real tərəqqi) görmək çox çətindir”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov

Rusiya bazar günü bildirib ki, Ukrayna böhranı və Qərbdən təhlükəsizlik qarantiyaları tələbləri ilə bağlı danışıqlarda ABŞ-ın təzyiqləri altında güzəştə getməyəcək.

Moskvanın sərt mövqeyi Vaşinqtonun Rusiyanın Ukraynaya növbəti müdaxiləsi təhlükəsinin aradan qaldırılacağına ümid etdiyi danışıqların perspektivlərinin kövrək olduğunu bir daha göstərir.

Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkova istinadən diplomatik səylərin bir görüşdən sonra bitə biləcəyini bildirib.

Ryabkovun sözlərinə görə, belə bir ssenari mümkündür və Amerika tərəfinin “bu barədə heç bir illüziyası olmamalıdır”.

“Biz, əlbəttə ki, qarşıdakı təmaslarda Qərb iştirakçıları tərəfindən bizə qarşı daim formalaşdırılan təhdidlər və təzyiqlər rejimində heç bir güzəştə getməyəcəyik”, o deyib.

Cenevrə danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq edən Ryabkov “İnterfaks” agentliyinə qarşıdan gələn dialoqla bağlı nikbin olmadığını bildirib.

Rusiya Ukraynaya müdaxilə etmək planlarını inkar edir və NATO-nun genişlənməsinə son qoyulmasını və alyansın 1997-ci ildən sonra ona qoşulmuş Mərkəzi və Şərqi Avropa ölkələrində hərbi təlimlərinin dayandırılmasını tələb edir.

XS
SM
MD
LG