Accessibility links

Birləşmiş Ştatlar Yəməndə atəşkəsə çağırır


ABŞ Birləşmiş Millətlər Təşkilatının üç ildir davam edən döyüşlərə davamlı, dinc həll yolu tapmaq səylərini dəstəkləmək məqsədilə Yəməndə atəşkəsə çağırır.

ABŞ müdafiə naziri Cim Mattis çərşənbə axşamı Vaşinqtonda ABŞ Sülh İnstitutunda çıxış edərkən deyib ki, artıq münaqişəni həll etmək vaxtıdır.

Minlərlə insanın ölümünə səbəb olan münaqişə İranın dəstəklədiyi Husi üsyançılarının ölkənin paytaxtı da daxil olmaqla, Yəmənin bəzi hissələrinin nəzarətini beynəlxalq ictimiayyət tərəfindən tanınan hökümətin əlindən alması ilə başlayıb.

Üç il öncə, Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya Yəmən prezidenti Əbdu Rəbu Mənsur Hadiyə dəstək olmaq üçün Husilərə qarşı hava kampaniyası başladıb və minlərlə qoşunu səfərbər edib.

İnsan haqları qrupları hava kampaniyası nəticəsində bir çox vətəndaşın öldürüldüyünü və yaralandığını bildirib.

BMT-nin xüsusi nümayəndəsi Qriffit sonuncu dəfə iki tərəfi sentyabr ayında Cenevrədə sülh danışıqlarına cəlb etməyə çalışıb, lakin Husilərin nümayəndə heyəti görüşə gəlməyib, rəsmilər isə təhlükəsizlik tədbirlərinin görülmədiyi ilə bağlı narahtlıqlarını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG