Accessibility links

Birləşmiş Ərəb Əmirliklərində Asiya futbol çempionatı başlayır


Yanvarın 5-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Asiya futbol çempionatı başlayır. Bu turnirə İran, Qırğızıstan, Türkmənistan və Özbəkistan daxil olmaqla, 16-24 komanda qatılır.

Hazırkı çempion Avstraliyadır, 2015-ci ildə çempionata ev sahibliyi edərək bu titulu qazanıb.

Ötənilki dünya çempionatında Asiyanın ən uğurlu komandası Yaponiya olub. FIFA-nın reytinqində Asiyanın ən irəlidə gedən komandası olan İranın da qalib gəlmək şansı böyükdür.

Bu turnir regionda gərginliyin qızışdığı bir dönəmə düşüb.

2016-cı ildə BƏƏ, Bəhreyn və Səudiyyə Ərəbistanı Qətərlə diplomatik münasibətləri kəsib. Səudiyyə Qətərlə qrup mərhələsində qarşılaşacaq.

2022-ci ilin dünya çempionatı Qətərdə olmalıdır.

XS
SM
MD
LG