Accessibility links

Birləşmiş Krallıq Brexit referendumundan bəri hər rüb 6.6 milyard funt itirib


Birləşmiş Krallıq Brexit referendumundan bəri hər rüb 6.6 milyard funt itirib
please wait

No media source currently available

0:00 0:01:43 0:00

Birləşmiş Krallıq Avropa İttifaqını tərk etməyin lehinə səs verəndən bəri iqtisadi fəallığına hər rüb 6.6 milyard funt, yəni 8.7 milyard dollar ziyan dəyib.

Brexit əleyhinə fəalların yardım çağırışı Doverin ağ sıldırım qayalarında əks etdirilib.

Bir çoxları iddia edir ki, Avropa İttifaqından heç bir razılıq əldə olunmadan çıxmaq ticarətə, istehlakçılara və onsuz da çətin vəziyyətdə olan iqtisadiyyata şok təsir göstərəcək.

S&P Global Rating şirkəti Brexitin Britaniya iqtisadiyyatına vurduğu ziyanı hesablayır.

Təşkilat bildirir ki, 2016-cı il referedumundan bəri Böyük Krallıq iqtisadi fəallıq baxımından hər rüb 6.6 milyard funt pul itirib.

Digər təhlilçilər isə avtomobil sənayesi və mallarının sərhədlər arası satışı ilə məşğul olan sektorların təhlükə altında olduğunu söyləyir.

Lakin Birləşmiş Krallığın maliyyə xidmətləri fövqəladə planları həyata keçirib-keçirməmək kimi qərarlarla üzləşir.

“Bu çox böyük məsələ olacaq, xüsusilə də şirkətlərin Brexitdən öncə struktur dəyişiklikləri etməsi səbəbilə. Brexitin planlaşdırılmasının bir çox müxtəlif aspekti var ki, şirkətlərin işlərini davam etdirə bilmələri üçün bu aspektlər bir araya gətirilməlidir. İnsanların növbəti iki ildə görəcəkləri iş çox mühümdür”, Maliyyə xidmətlərinin tənzimləmə partnyoru Norton Roz Fulbrayt bildirib

Brexitin planlaşdırılmasının bir çox müxtəlif aspekti var ki, şirkətlərin işlərini davam etdirə bilmələri üçün bu aspektlər bir araya gətirilməlidir. İnsanların növbəti iki ildə görəcəkləri iş çox mühümdür.
Norton Roz Fulbrayt

S&P-nin göstəriciləri Goldman Sachs-in həftəlik 600 milyon funt göstəricisindən bir az azdır.

Lakin onlar həm də deyir ki, Birləşmiş Krallıq Brexitin lehinə səs verməsə, iqtisadiyyatı 3 faiz artardı.

Bu həftə aparılan sorğuların nəticələri göstərir ki, dominant xidmət sektoru mart ayında son üç ildə ilk dəfə olaraq azalıb.

Lakin cümə axşamı parlamentdə Brexit müzakirə olunan zaman diqqət daha çox siyasi məsələlərə yönəlib.

Parlamentin yuxarı palatasında isə höküməti Brexitin son möhlətini uzadıb-uzatmamağa məcbur etmək və ittifaqı razılq əldə olunmadan tərk etməyin qarşısını almaqla bağlı səsvermə aprelin 12-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG