Accessibility links

Birləşmiş Krallıq və Avropa Birliyi liderləri Brexit-dən sonrakı münasibətlərlə bağlı danışıqlar aparırlar


Mişel Barnier

Britaniyanın baş naziri Boris Conson və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri şənbə günü Brexit-dən sonrakı ticarət danışıqlarını müzakirə etməyə hazırlaşırlar.

Müzakirələr aylardır eyni məsələlər səbəbilə dalana dirənsə də, Boris Conson və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen razılığa aparacaq yolun olub-olmadığını müzakirə edəcəklər.

Birləşmiş Krallığın post-Brexit keçid dövrü bu ilin sonu başa çatmalıdır, amma müzakirələr kritik nöqtəyə çatır, çünki hər iki tərəfdən müəyyən razılıqlar olmalıdır. Razılıq əldə olunmasa 2021-ci ildən başlayaraq hər iki tərəfin bir-birinə satdığı mallara tariflər tətbiq olunacaq.

Aylardır aparılan danışıqlar nəticəsində bir sıra məsələlər üzərində razılıq əldə olunub, lakin Birləşmiş Krallığın ittifaqa mallar ixrac etməsi üçün qarşılamalı olduğu standartlar və gələcək mübahisələrin necə həll olunacağı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Bu isə Avropa İttifaqı üçün mühüm məsələdir, çünki ittifaq Britaniyanın sosial və ətraf mühit standartlarını azaldacağını və pulu Birləşmiş Krallğın sənayelərinə yönəldərək, ittifaqın qonşuluğunda nizamlamaların az olduğu iqtisadi rəqibə çevriləcəyindən narahatdır.

Avropa İttifaqının baş vasitəçisi Mişel Barnier və onun britaniyalı həmkarı Deyvid Frost cümə günü siyasi liderlərə məlumat vermək üçün danışıqlara ara verməyə razılaşıb.

Birləşmiş Krallıq Avropa İttifaqını yanvarın 31-də tərk etsə də, bu ilin sonuna qədərə blokun tarifin olmadığı vahid bazarında və gömrük ittifaqında qalmağa davam edir. O zamana qədər əldə olunacaq razılıq iki tərəf arasında mallara tariflər və kvotalar tətbiq olunmamasını təmin edəcək, lakin xidmətlərə tətbiq olunan gömrük təftişləri və qeyri-tarif baryerləri ilə əlaqədar texniki bədəllər olacaq.

Ticarət razılığının əldə olunmadığı təqdirdə hər iki tərəf iqtisadi baxımdan zərər görsə də, iqtisadçıların əksəriyyəti düşünür ki, Britaniya iqtisadiyyatına ən azından qısa müddətdə daha böyük ziyan dəyəcək, çünki o, Avropa İttifaqı ilə ticarətdən daha asılıdır nəinki ittifaq Britaniya ilə ticarətdən.

XS
SM
MD
LG