Accessibility links

Qaçqınların köçürülməsinin artırılmasına səy göstərilir


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi keçmiş Tramp administrasiyası və COVID-19 pandemiyası dövründə qaçqınların ABŞ-a köçürülməsinin azalmasından sonra yenidən qlobal köçürülmələri gücləndirməyi səbirsizliklə gözlədiyini bildirib.

Qrandi Amerikann Səsinə bazar günü Benəlxalq Qaçqınlar Günü ilə üst-üstə düşən müsahibəsi zamanı bildirib ki, bütün templər bir neçə ayda artacaq.

"2020-ci il ərzində cəmi 34 min nəfəri (qlobal olaraq) köçürdük. Lakin ondan bir il əvvəl bu göstərici 100 min idi. Rəqəmlər çox böyük ölçüdə düşüb" - deyə, o əlavə edib.

Qrandi Bayden administasiyasının 2020-ci il ildə qəbul ediləcək qaçqın saynın 15 mindən 62 min 500-ə qaldırılmasını alqışlayıb. Qərar 30 sentyabr tarixinə qədər qüvvədədir.

Lakin Ali Komissar qaçqın axının ABŞ kimi ölkələrin əhalisinin qəbul etməsinin vaxt aparacığını da əlavə edib.

"Bunu tezliklə həyata keçirib-keçirə bilməcyimizi bilmirəm (62 500 köçürülmə). Lakin əsas olan bu hədəfə çatmaq niyyətinin olmasıdır" - deyə, Qrandi bildirib.

ABŞ Prezidenti Co Bayden bazar günü verdiyi açıqlamasında bildirib ki, "Bu gün humanitar yardım yolu ilə çətinlikləri azaltmaq üçün müqəddəs öhdəliyimizi təsdiqləyirik və köçkünlər də daxil olmaqla, qaçqınlar üçün qalıcı həllərə nail olmaq üçün səylərimizi artırırıq. Həmçinin də qaçqınları başqa yerlərdə təhlükəsizlik axtarmağa məcbur edən qarşıdurmalara son qoymaq üçün diplomatik səylər göstərməyi tövsiyə edirik".

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı hazırda dünyada əvvəlki dövürlərlə müqayisədə daha çox qaçqının olduğunu bildirir.

2020-ci il müharibələri, zorakılıqlar, təqiblərdən və insan haqları pozuntularından qaçanların sayı təqribən 82.4 milyona yüksəlib. Onsuz da rekord səviyyədə olan qaçqın sayında 4%-dən çox artım olub. Bu göstərici 2019-cu ilin sonlarında 79.5 milyondan çox idi.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG