Accessibility links

Birma: Asiya avtomaqistralının problemləri [Video]


Birma: Asiya avtomaqistralının problemləri
please wait

No media source currently available

0:00 0:02:01 0:00

Birma: Asiya avtomaqistralının problemləri

Asiya avtomaqistralı özü ilə həm təkmilləşdirilmiş nəqliyyyat vədləri, həm də yerli icmaya kədər gətirib.

Birmanın Karen ştatında inşası yenicə başa çatmış Asiya Avtomaqistralı ölkədaxili və regiondakı beynəlxalq ticarətin inkişafını hədəfləyir. Amma bununla bərabər maqistral bu yolun kənarında yaşayan yerli sakinlərin köçürülməsinə səbəb olub.

Hər kəs sülh istəyir. Biz hər kəsin təhlükəsiz bir şəkildə bu yolla səyahət edə bilməsini istəyirik

Asiya avtomaqistralı özü ilə həm təkmilləşdirilmiş nəqliyyyat vədləri, həm də yerli icmaya kədər gətirib.

Təhlükəli dağ çığırını əvəz edən yeni asfalt yol səfər vaxtını azaldır. Amma bunun qarşılığı yolda tətbiq olunan gediş haqqından daha da yüksəkdir.

Bir çox ərazi sahibi rəsmilər tərəfindən aldadıldıqlarını iddia edir. Onlardan biri adının açıqlanmasını istəməyən bu kişidir. O deyir ki, torpaqölçənlər daha az pul ödəmək üçün onun sahib olduğu torpağın ərazisini olduğundan az qeydə alıblar.

“Mən hökümət rəsmisindən gəlib ərazimi düzgün ölçməsini istədim, amma o mənə aldığım pulun yetərli olduğunu dedi. Onlar məni bunu qəbul etməyə məcbur etdi və bu barədə internetdə hər hansı bir şey yazmağın qadağan olunduğunu dedilər.”

Ta Ya Qon şəhərində bir çox dükan sahibi daha öncədən planlaşdırılmış genişlərdirmə işindən son anda xəbərdar olublar.

“Hökümət bizim kənddə elanlar yerləşdirdi. Elanda bizim əmlakımızın bir hissəsinin artıq dövlətə aid olduğu yazılmışdı. Amma bu bizim əmlakımızdır. Biz uzun zaman burada yaşamışıq. Biz necə bilə bilərik ki, bura dövlətin imiş?”

Artıq gələcək tikinti işləri üzərində planlaşdırmalar gedir. Altmış ildən çoxdur müharibə gedən regionda isə sabitlik hələ də kövrək olaraq qalır.

Etnik Karen ordusunun bəzi dəstələri yeni maqistralın keçdiyi əraziyə nəzarət edir, onların bir çoxu isə hökümətin əsl məqsədindən şübhələnir.

Hökümət bizim kənddə elanlar yerləşdirdi. Elanda bizim əmlakımızın bir hissəsinin artıq dövlətə aid olduğu yazılmışdı.

“Hər kəs sülh istəyir. Biz hər kəsin təhlükəsiz bir şəkildə bu yolla səyahət edə bilməsini istəyirik. Beləcə biz sevinəcəyik. Biz artıq döyüş istəmirik, amma yenə də biz özümüzü qorumalıyıq, ona görə üzərimizdə də silah daşıyırıq.”

Birmada inkişaf sülhdən öndə getsə də, çoxları hələ də bu inkişafın vəd edilən faydalarını gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG