Accessibility links

Birma dövlət qəzeti general Tan Şve haqda şayiələri tənqid edib


Ölkədə onun ordudan istefa verməsi haqda şayiələr dolaşırdı

Birmanın dövlət qəzetində qarşıdan gələn seçkilər üçün mühüm dəyişiklərin bir hissəsi olaraq general Tan Şvenin ordudan istefa verməsi haqda şayiələrə irad tutan qısa məqalə dərc olunub. Malaziyanın Müstəqilliyinin 51-ci ildönümünü qeyd edən kralına diplomatik mesajda Tan Şve ali komandan və hakim Dövlət Sülh və İnkişaf Şurasının sədri kimi göstərilir. Keçən həftənin cümə günü Birma müdafiə naziri, ölkənin üçüncü hərbi lideri general Tura Şve Man və başqa bir neçə general təqaüdə çıxaraq İttifaq Həmrəyliyi və İnkişaf partiyasına qoşulub. Noyabrın 7-də keçiriləcək parlament seçkilərində yerlərin böyük hissəsini əldə edəcəyi gözlənilən partiya hərbi rejimin siyasi qanadı hesab olunur.

XS
SM
MD
LG