Accessibility links

Birmada təriqətlərarası münaqişə vəziyyəti gərginləşdirib


Birmada müsəlmanlarla buddistlər arasında zorakılıqların qızışdığı bir vaxt təhlükəsizlik qüvvələri vəziyyətə nəzarət etməyə çalışırlar.

Prezident Tin Şan Raxin ştatında fövqəladə vəziyyət elan edərək ordu qüvvələrini əraziyə gətirib. Ötən həftədən bəri burada azı 17 adam həlak olmuş, yüzlərlə ev dağıdılmışdır.

Amma insan haqları qrupları ehtiyat edirlər ki, ölənlərin sayı güman edildiyindən xeyli çox ola bilər. Onlar Birma hökumətinin Raxin buddistləri ilə Rohingya müsəlmanları arasında zorakılıqların dayandırılması istiqamətində daha çox iş görməsini tələb edirlər.

Nyu Yorkda qərargahlanan Human Rights Watch təşkilatı bütün tərəflərin hərəkətlərinin diqqətlə izləndiyini bəyan edib.

XS
SM
MD
LG