Accessibility links

Birmalı fəallar tələbə həbslərinə etiraz edirlər


Birmalı fəallar dünən dörd şəhərdə həbs edilmiş 16 tələbə liderinin dərhal azad olunmasını tələb edirlər.

Tələbələr 1962-ci ildə tələbə hərəkatının qanla boğulmasının ildönümünü qeyd etməyə hazırlaşırdılar. Həmin vaxt hərbçilər Ranqun Universitetindəki tələbə birliyi binasını bombaladıqdan sonra 15 adam həlak olmuşdu.

Cümə günü həbs olunanalar sırasında ötən il əvf nəticəsində azadlığa çıxmış tələbə lideri Fyo Fyo Aunq var.

Ranqun Universitetində toplaşan tələbələr son həbslərin 15 ay mövcud olmuş hökumətin müsbət imicinə xələl gətirəcəyini deyiblər.
XS
SM
MD
LG