Accessibility links

Karbon-dioksidin Floraya təsirləri [Video]


Karbon-dioksidin Floraya təsirləri
please wait

No media source currently available

0:00 0:02:29 0:00

İnsanlar nefti, daş kömürü və digər təbii yanacaqları enerji üçün yandırdıqca dünya boyu temperatur yüksəlir. Bu yanacaqlardan istifadə edərkən atmosferə istilik verən karbon-dioksid qazı ifraz olunur. Lakin başqa məsələlər də var. Karbon bitkilər üçün həyati əhəmiyyət kəsb edir. Lakin alimlər bunun digər tərəfləri də olduğunu deyir.

Bioloq Lui Ziska Birləşmiş Ştatların Kənd Təsərrüfatı Nazirliyində işləyir. O, karbon-dioksid qazının düyü kimi bitkilərə nə kimi təsir göstərdiyi üzərində araşdırmalar aparır. “Biz CO2-nin bitki qidası olduğunu bilirik. Bu, düyünü daha çox böyüdür. Lakin bunun çətinlikləri var.”

Ziska və onun həmkarları araşdırmalar zamanı belə bir qənaətə gəliblər ki, bu əsrin sonunda CO2-nin təsiri ilə yetişən düyüdə zülal, dəmir, sink və B vitamininin səviyyəsi aşağı olacaq.

Bu, düyünün əsas ərzaq məmulatı olan ölkələr üçün problemdir. “Düyü dünya boyu 2 milyarda qədər insanın yeganə qıdasıdır və belə getsə, bu qlobal problemə çevriləcək” deyə, Lui Ziska bildirir.

Söhbət təkcə düyüdən getmir. Digər araşdırmaların nəticələri də karbon qazının səviyyəsi yüksəldikcə qarğıdalı, noxud, soya lobyalarının tərkib hissəsi də dəyişdiyini göstərib. “Bizim fikrimizcə CO2 nə qədər çox olsa, bitki o qədər böyük olar. Lakin havadakı əlavə karbonla torpaqdakı qidalandırıcı maddələr arasında tarazlıq olmalıdır.”

Bu, belə ola bilər: Bitki yetişməsi üçün havadan karbon-dioksid almalıdır. Havada karbo-dioksid nə qədər çox olsa, birki bir o qədər böyük olar.

Lakin zülal və bəzi vitaminlərin olması üçün bitki torpaqdan azot almalıdır. Azotun səviyyəsi dəyişməyib. Sink və dəmir kimi minerallar da yoxdur. Beləliklə bitki böyüyüb, lakin qidalandırıcı maddələr azalıb.

Bu o qədər də pis xəbər deyil. Azotsuz vitaminlər daha yaxşı olur. “C vitamini əsasən karbondan ibarətdir. CO2 artması c vitamininin artması deməkdir.."

Lakin CO2-nin təsiri ərzaq məhsullarını aşır.

Bu pərdənin arxasında allergiyaya səbəb, partheniumu olan alaq otu bitir. Bu otlardaki kimyəvi maddə digər birkiləri məhv edir. Lui Ziska və onun həmkarları bilmək istəyirlər ki, CO2-nin təsiri yüksək olduqda partheniumun gücü eyni olacaq ya yox. “Belə olduğu təqdirdə bu bitkinin landşaftda əsas yeri tutacaq. Bunun üçün ondakı zəhərin gücü müəyyən edilməlidir.”

Artıq 30 ildir Ziska karbondan asılı olan birkilər və digər canlılara CO2-nin artımının təsirlərini öyrənməyə çalışır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG