Accessibility links

"Biz polisə və hökumətə qəzəbliyik" - Honq Konqda etirazlar davam edir


Honq Konq polisi cümə günü əhalinin sıx məskunlaşdığı Kouloon yarımadasındakı metro stansiyasının qarşısına toplaşan etirazçıları dağıtmağa çalışankən gözyaşardıcı qaz və bibər tozundan istifadə edib.

Hökumət əleyhinə bəzən zorakılıqlarla nəticələnən nümayişlər 14-cü həftəsini yaşayır.

Polis bu stansiyada bizimlə qəddarcasına rəftar etdi. Biz onların bu hərəkətlərinə göz yuma bilmərik.


Çoxu maskalı və qara geyimli yüzlərlə etirazçı özlərini çətirlər və küçə barrikadalarının arxasında qorumağa çalışıb.

Metro stansiyasına metal səddi sındıraraq daxil olanlar oradakı lövhələri qoparıb, divarlardakı yazıları pozmağa çalışıb.

"Biz həm polisə, həm də hökumətə qəzəbliyik" deyə qara paltardakı 23 yaşlı Custin bildirib. "Polis bu stansiyada bizimlə qəddarcasına rəftar etdi. Biz onların bu hərəkətlərinə göz yuma bilmərik."

Polis dünyanın əhalinin ən sıx məskunlaşdığı bölgələrdən biri olan Hong Konqun `Şahzadə Edvard` stansiyasının qarşısına toplaşan yüzlərlə etirazçıya qarşı rezin toplardan və bibər qazından istifadə edib.

Honq Konqun baş icraçısı Karri Lam mübahisəli ekstradisiya qanununu ləğv etsə də etirazlar səngimir
Honq Konqun baş icraçısı Karri Lam mübahisəli ekstradisiya qanununu ləğv etsə də etirazlar səngimir

Honq Konq lideri Karri Lam ekstradisiya qanun layihəsini geri çəkməklə Çinin yarı-muxtar şəhərində üç aydır davam edən etirazlara son qoyulacağına ümid edirdi.

Lakin fəallar, alimlər və Honq Konqun digər sakinlərinin reaksiyası onu göstərir ki, yaxın zamanlarda etirazlara son qoyulmayacaq, çünki etirazçıların tələblərinə artıq daha genişmiqyaslı demokratik islahatlar daxil edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG