Accessibility links

Kolumbiya prezidenti: Biz Quaydoya daha güclü dəstək verməliyik


Kolumbiya prezidenti İvan Duke Venesueladakı "qəddar diktatorluğa son qoyulmasını" istədiyini bildirib.

Çərşənbə günü Vaşinqtona səfər edən Duke prezident Donald Trampla Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətindən əl çəkməsi üçün atılan addımlar barədə danışıb.

Kolumbiya bu vaxta qədər vətənini baş verən xaos, yoxsulluq və siyasi zorakılıqdan qaçan iki milyondan çox venesuelalını sığınacaqla təmin edib.

"Bunu qeyd etmək vacibdir ki, biz demokratiya dəyərlərini paylaşırıq və Venesuela xalqına təsir edən qəddar diktatorluğa son qoymaq üçün birlikdə çalışmaq istəyirik. Mən diplomatik blokadanın əvvəllər heç vaxt olmadığı şəkildə işə yaradığından çox məmnunam. Düşünürəm ki, diktatorluğun sona çatmasına günlər qalıb və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik" - deyə, Kolumbiya prezidenti İvan Duke bildirib.

Prezident Tramp deyib ki, Maduro ABŞ-ın tədarük etdiyi humanitar yardımı Kolumbiya sərhədindən Venesuela ərazisinə keçməsinə mane olmaqla "pis niyyət nümayiş etdirir".

Maduro isə bildirib ki, yardımın Venesuelaya buraxılması ABŞ-ın hərbi işğalına səbəb olacaq.

Tramp bütün mümkün variantları nəzərdən keçirdiyini söyləsə də, detallara dair məlumat verməyib.

XS
SM
MD
LG