Accessibility links

"Biz uşaqlarımızın Rusiya, Hollandiya və ABŞ-a qaçmalarını istəmirik"


Respublika meydanında etirazçılar yoxdur, burada yeni il agacını qururlar. Ətrafdakı taksi sürücüləri, məmurlar, iş adamları, bələdçilər, alverçilər, bir sözlə hamı dəyişiklikləri seçib. Arsen Tuxanyan sonradan işə çatsın deyə saat 8-dən seçki məntəqəsinə gəlib. Dağlıq Qarabağ döyüşlərinin iştirakçısı artıq 20 ildir ki, küçədə gül satır.

"28-30 ildir ki, biz yaxşı yaşamırıq. Artıq yaxşı yaşamaq istəyirik ki, uşaqlarımız xaricə, Rusiya, Hollandiya, ABŞ-a qaçmasınlar. Biz ermənilərin elə Ermənistanda yaşamasını istəyirik", Arsen deyir.

O deyir ki, məxməri inqilabdan sonra yaşayış yaxşılaşıb. Məişət səviyyəsində korrusiya tədricən yoxa çıxır. Polislərlə razılaşmaq demək olar ki, mümkün deyil. Arsen deyir ki, o, gül satdığı piştaxta üçün rəsmi vergilərdən başqa heç nə ödəmir. O, inqilabın lideri Nikola Paşinyana inanıb, çünki o, islahatlar və ədalətə söz verib. Arsenin sözlərinə görə, bu indi bütün ermənilər üçün çox vacibdir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov artıq vəzifəsini itirib, Ermənistanın sabiq prezidenti Robert Köçəryan həbs edilib.

"Mən də qanunu poza bilərəm, lakin mən sərnişini götürüm və öldürüm, sonra da deyim ki, bu normaldır. Sizcə bu düzgündür? Bu düzgün deyil. O prezidentdirsə, ölkəni elə idarə etməlidir ki, ölkəyə də, vətəndaşlara da yaxşı olsun. Prezident Konstitusiyanı pozursa, o, qanuna əsasən cavab verməlidir. ", taksiçi Levon Alaverdyan deyir.

Robert Köçəryanı konstitusiya quruluşunu pozmaqda günahlandırırlar. 2008-ci il martin 1-də hakimiyyətin nümayişləri dağıtması nəticəsində 10 nəfər ölüb. Nümayişin təşkilində Nikola Paşinyanı günahlandırdılar. O, mühakimə olunaraq həbs edilib.

Lakin bu ilin yazında insanlar məhz Paşinyana inanıb, onunla birlikdə Ermənistanın ikinci prezident müddətindən sonra baş nazir kürsüsünü tutmaq istəyən sonuncu prezident Serj Sarkisyanın istefasını tələb edib. Yüz minlərlə insan etiraz edib. Onlar heç bir qurbansız öz məqsədlərinə çatıb. Nikola Paşinyan öz tərəfdaşlarına islahatlar vəd edib.

Sahibkarlar yeni Ermənistanın daha açıq olmasını istəyir. Lakin xarici investisiyalar almaq və ümumi həyat səviyyəsini yüksəltmək üçün biz hələ də struktur islahatları həyata keçirməliyik və korrupsiyaya qarşı mübarizə aparmalıyıq. İş adamı Raffi Eliot bütün bu problemlərin həll olunacağına ümid edir.

"Onun üçün indi əsas məsələ məhkəmə islahatını etməkdir. Siyasi elitanın müdaxilə edə bilməyəcəyi, həqiqətən müstəqil məhkəmə sistemi yaratmaq. Bu ölkəni xarici investorlara daha cəlbedici edəcək və gələcəkdə ölkənin iqtisadiyyatının böyüməsinə və daha da artmasına kömək edəcək. Həm də gələcək tələbələrin əmək bazarını təmin etməsi üçün güclü təhsil islahatlarına ehtiyac duyulur", "Gettreated" şirkətinin təsisçisi Raffi Eliot deyir.

Yerevanda indi hər kəs Nikola Paşinyanın seçicilərin sayəsində etibarlılığına malik olduğunu qəbul edir. İnsanlar islahatlara dəstək verməyə hazırdırlar və əsas odur ki, ildırım-sürətli nəticəni gözləməyin lazım olmadığını anlayırlar. Ən əsası Paşinyanın komandasının dəyişikliklər arzusu olsun. Parlamentdə əksəriyyətə sahib olmaqla o, hətta Konstitusiyada da dəyişikliklər edə bilər.

XS
SM
MD
LG