Accessibility links

Əfqanıstanın zəhər biznesi


Əfqanıstanın zəhər biznesi
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Əfqanıstanın zəhər biznesi

İlan, əqrəb və digər zəhərli heyvanlar bəziləri üçün gəlirli biznesə çevrilib. Market araşdırmaları qruplarına istinadən bildirilir ki, zəhər istehsal edən şirkətlərin sayı azalır, zəhərə tələbat isə artır. Əfqanıstanın Herat vilayətində iki iş adamı zəhər istehsal edilən laboratoriya açıb. Onlar 27 növ zəhəhərli ilan və çox sayda əqrəbdən aldırları zəhəri ölkə boyu satışa çıxarır.

İlan və əqrəb zəhərindən tibbdə dərman kimi istifadə edilir. İlan və əqrəb zəhəri həm də insanı öldürə bilir. Lakin tibb üzrə mütəxəssislər zəhərdən eyni zamanda həyat qurtaran dərman və müalicə üçün istifadə edilə biləcəyini deyirlər. Bio-kimyaçı - İmmunoloq, professor Maks Qoyffon: “Zəhər böyük potensiala malikdir. İlan və ya əqrəb zəhərində yüzlərlə müxtəlif toksin var. Lakin biz bunun yalnız bir və ya iki faizini bilirik. Əqrəbin 2 minə qədər növü var və onlardakı 2 min toksini yüzə vuranda siz milyonlarla maddə üzərində təhlil apara bilərsiniz.”

Zəhər toksinlərindən zəhərə qarşı istifadə edilir ki, ekspertlər ilan və ya əqrəb vurmasından yalnız bu toksinlərin köməyi olduğunu deyir. Lakin təhlilçilər zəhərə tələbatın getdikcə artdığını, istehsalın isə azaldığını deyir.

Əfqanıstanda yaşayan iki iş adamı bu sənayeni inkişaf etdirməyə çalışır. Onlar zəhər əldə etmək üçün xüsusi bir laboratoriya inşa edib. Bu iş adamları bir kq ilan zəhərinin dəyərinin marketdə bir milyon dollardan çox olduğunu deyir. Nasir Əhməd Əzizi: “Biz müxtəlif bölgələrdən ilan və əqrəblərin qaçaqmalçılıq yolu ilə Əfqanıstandan kənara çıxarıldığını bilirik. Ona görə də biz qaçaqmalçılığın qarşısını almaq və yüksək keyfiyyətli zəhər əldə etmək üçün burada ferma açmaq qərarına gəldik. Çünki Əfqanıstan zəhəri yüksək keyfiyyətlidir.”

Əkbər Dərviş: “Son altı ayda bzi dörd yüz qramla altı yüz qram arasında zəhər əldə etmişik. Biz Əfqanıstan hökumətinin bizə beynəlxalq marketə çıxmağa yardım edəcəyinə ümid edirik.”

Əzizi və Dərviş Əfqanıstanda mühitin ilan və əqrəblər üçün çox gözəl olduğunu, onların zəhər biznesinin inkişafı üçün ideal bir yer olduğunu deyirlər.

Belə görünür zəhərə ehtiyac çoxdur. Ümumdünya Səhiyyə Təşkilatına istinadən bildirilir ki, hər il dünya boyu beş milyondan çox insanı ilan vurur və onlardan təxminən iki milyonu zəhərli ilanlar tərəfindən vurulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG