Accessibility links

Sahibkarlıq fəaliyyətinin yoxlanılmasına qoyulan moratorium 2021-ci ilədək uzadılıb


Valyuta diaqramı
Valyuta diaqramı

Prezident İlham Əliyev 3 noyabr tarixli sərəncamı ilə ölkədə sahibkarlıq fəaliyyətinin yoxlanılmasına qoyulan moratorium 2021-ci i yanvarın 1-dək uzadılıb.

Belə ki, dövlət başçısı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna düzəlişləri təsdiqləyib. Biznesin yoxlanılmasına qoyulan moratoriumun müddəti 2017-cu il noyabrın 1-də bitib.

Təsdiq edilmiş düzəlişlərə görə, biznes subyektləri yoxlamadan daha 3 il müddətinə azad edilirlər. Qanuna dəyişikliklərə əsasən moratorium dərman vasitələrinin keyfiyyətinin yoxlanmasına, təhlükəsizlik qaydalarına əməl olunmasına, ərzaq məhsullarının təhlükəsizliyinə nəzarətə şamil edilmir.

Dərmanların keyfiyyətinə nəzarəti Səhiyyə Nazirliyi, qida məhsullarının keyfiyyətinə nəzarəti isə Ərzaq Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

İnsanların həyat və sağlamlığına, dövlət təhlükəsizliyinə və ölkənin iqtisadi maraqlarına təhlükəyə dair hallarla bağlı vergi yoxlanışları moratoriuma düşmür.

2015-ci il oktyabrın 26-da prezident İlham Əliyev 2015-ci il noyabrın 1-dən sahibkarların yoxlanmasına iki illik moratoriumun qoyulması barədə qanunu təsdiqləyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG