Accessibility links

Blackwater təhlükəsizlik şirkətinin işçisi İraqda insidentlə əlaqədar ömürlük həbs cəzası alıb


ABŞ-ın federal hakimi Blackwater təhlükəsizlik şirkətinin işçisi Nikolas Slatteni 2007-ci ildə Bağdadda 14 iraqlı mülki vətəndaşın öldürülməsilə əlaqədar ömürlük həbs cəzasına məhkum edib.

Digər sabiq üç işçi Dastin Heard, Evan Liberti və Pol Sloq isə 30 ilədək həbs cəzası alıblar.

Hakim Roys Lambert vəkillərin cəzaların yüngülləşdirilməsi tələblərini qəbul etməyərək, cinayətin ciddi olduğunu və həbs müddətinin artıq olmadığını deyib.

Cəzaya məhkum edilən dörd nəfər 2007-ci il oktyabr ayında Bağdadın Nisur meydanında ABŞ-ın diplomatik nümayəndə heyətinin maşın karvanını qoruyarkən mülkü vətəndaşlara atəş açıb.

Vəkillər təhlükəsizlik işçilərinin özünü-müdafiə üçün cavab atəşi açdığını iddia edərək, onların gərgin və zorakı şəraitdə müharibənin getdiyi ölkədə fəaliyyət göstərdiyini deyiblər.

İttihamçılar hadisə zamanı mülki vətəndaşların atəş açmadığını və təhlükəsizlik işçilərinin mülki vətəndaşları öldürdüklərinə görə təəssüf hissi keçirmədiyini deyib.

Bu hadisə iraqlılar və amerikalılar arasında Dövlət Departamentinin müharibə zonalarına nə üçün özəl təhlükəsizlik işçilərini göndərdiyi ilə bağlı narahatlıqların yaranmasına səbəb olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG