Accessibility links

Sepp Blatter və Mişel Platini futboldan uzaqlaşdırılıb


Soccer FIFA Platini
Soccer FIFA Platini

Qərarı FIFA-nın etika komitəsi rüşvət qalmaqalı əsasında çıxarıb

FIFA-nın etika komitəsi təşkilatın prezidenti Sepp Blatter və onun himayədarını 8 il müddətinə futboldan kənarlaşdırıb.

Komitə Blatter və UEFA-nın sədri Mişel Platiniyə qraşı bazar ertəsi qərar çıxarıb. Buna səbəb 2011-ci ildə Blatterin Platiniyə 2 milyon dollarlıq ödəniş etməsidir. İsveçrəli prokurorlar ödənişlərlə bağlı cinayət istintaqına başlayıb.

Bazar ertəsi Sürixdə müxbirlər önündə çıxış edən Blatter günahsız olduğunu bəyan edib və hökmlə bağlı şikayət ərizəsini təqdim edəcəyini təsdiqləyib.

Bu qərar belə görünür Platininin fevral ayında Blatterdən sonra FIFA prezindentliyinə namizədliyini irəli sürməsinin qarşısını alacaq. Günahsız olduqlarını iddia edən Blatter və Platininin FIFA-nın appelyasiya komitəsi, habelə İdman Arbirtaj Məhkəməsinə şikayət ərizəsi göndərəcəyi gözlənilir.

Blatter və Platini oktyabr ayından bəri mübahisəli ödənişə görə idmandan şərti olaraq uzaqlaşdırılıb.

FIFA bu qalmaqala may ayında 14 FIFA rəsmisinin Sürixdə həbs edilməsi və onlara qarşı ABŞ tərəfindən korrupsiya, reket və çirkli pulların yuyulması ittihamlarının irəli sürülməsindən sonra cəlb olunub.

Bundan əlavə, İsveçrə rəsmiləri FIFA-nın 2018 və 2022-ci illərdə Dünya Kubokuna ev sahibliyi etmək üçün Rusiya və Qətıri seçməsi ilə bağlı da ayrıca istintaqa başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG