Accessibility links

Blogerin səhhətində problem yaranıb


Bloger Mehman Hüseynovun səhhətində ciddi problemlər var və onun cərrahiyyə əməliyyatına ehtiyacı var. Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin mütəxəssisləri Hüseynovu müayinə, varikozla əlaqədar cərrahiyyə əməliyyatını məqsədəuyğun hesab ediblər.

Bununla əlaqədar vəkil aprelin 20-də rəsmi olaraq əməliyyatın həyata keçirilməsini təmin etmək xahişi ilə dövlət orqanlarına müraciət edib.

Vəkil təsdiq edib ki, blogerin saxlanma şəraiti pisləşib və cəzaçəkmə müəssisəsinə keçirilməsinə hazırlıqla əlaqədar onu tranzit kameraya yerləşdiriblər. Burada 10 nəfər yerinə 15 nəfər saxlanılır.

Xatırladaq ki, martda bloger Bakının Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevə qarşı böhtan ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG