Accessibility links

Blinken Çinə uyğurlar və Honq Konq məsələsində təzyiq göstərib


ABŞ dövlət katibi Antoni Blinken Co Bayden vəzifəsinin icrasına başlayandn bəri iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında keçirilən ilk danışıqda Pekinə uyğurlar, tibetlilər və Honq Konqa qarşı rəftarı ilə bağlı təzyiq göstərib.

“Mən açıq şəkildə ABŞ-ın milli maraqlarını qoruyacağını, demokratik dəyərlərini müdafiə edəcəyini və Pekini beynəxalq sistemi pozduğuna görə cavabdeh tutacağını bildirdim,” Blinken Twitter-də Çinin yüksək vəzifəli rəsmisi Yanq Cieçi ilə telefon danışığından sonra yazıb.

Blinken Yanqa deyib ki, Birləşmiş Ştatlar Sincan, “Tibet və Honq Konq daxil olmaqla insan haqlarını və demokratik dəyərləri müdaifə etməyə davame dəcək.” Bu barədə Dövlət Departamenti Vaşiqnton vaxtı ilə cümə günü baş tutan telefon danışığı ilə bağlı bəyanatında bildirib.

Blinken həmçinin “Çinə beynəlxalq icmaya qoşularaq Birmadakı hərbi çevirlişi qınaması üçün təzyiq göstərib.”

ABŞ-ən baş diplomatı deyib ki, Birləşmiş Ştatlar Pekini “Hind-Sakit okean regionunda, o cümlədən Tayvan boğazında sabitliyə təhlükə yaratmaq səyləri və qaydalara əsaslanan beynəlxalq sistemə xələl gətirməsinə görə cavabdeh tutacaq.”

Bu sərt ton Blinkenin təsdiqolma dinləməsində sabiq prezident Donald Trampın Çinə qarşı yanaşmasını davam etdirəcəyini deməsindən sonraya təsadüf edib.

Blinked deyib ki, o, Tramp administrasiyası altında Dövlət Departametninin Pekinin qərbdə yerləşən Sincan regionunda soyqırım həyata keçirdiyini müəyyən etməsi ilə razılaşır. İnsan haqları qrupları bildirir ki, orada bir milyondan çox uyğur və müsəlman türk-dilli insan düşərgələrə salınıb.

Pekin həmçinin Honq Konqda təqibləri artırıb, aparıcı fəalları həbs edin, ayrı system vəd etdiyi maliyyə mərkəzində böyük etirazlardan sonra çevriliş əleyhinə yeni qanun tətbiq edib.

Buna baxmayaraq Bayden cümə günü xarici siyasətlə bağlı nitqində kiçik barışıq çıxışı edib və deyib ki, Birləşmiş Ştatlar Çinlə qarşı-qarşıya gəlməyə davam etsə də, “Amerikanın bunda marağı olduğu təqdirdə, biz Pekinlə işləməyə hazırıq.”

Blinken daha öncə istixana qazlarının ən böyük istehsalçıları olan Çnlə Birləşmiş Ştatların iqlim dəyişikliyi məsələsində əməkdaşlıq edə biləcəyini deyib.

Pekin uzun zamandır Myanma ilə imtiyazlı münasibətlərdən faydalanır və on il öncə ABŞ-ın dəstəyi ilə demokratiyaya yol açan xuntanı dəstəkləyib.

Cənubşərq Asiya ölkəsində ordu bu həftə çevriliş edərək, mülki lider Aunq San Suu Çini həbs edib və Çinin dövlət mediası bunu “böyük kabinet dəyişikliyi” adlandırıb.

Trampın avtoritar liderlərlə daha isti münasibətlərindən sonra dünya boyu demokratiyanı təbliğ etməyi vəd edən Bayden çevrilişi qınayıb və ordu hakimiyyətdən imtina etmədiyi təqdirdə sankiyalat tətbiq etməklə hədələyib.

XS
SM
MD
LG