Accessibility links

Blinken Əfqanıstanı müzakirə etmək üçün Qətər və Almaniyanı ziyarət edəcək


ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-ın mühüm müttəfiqləri ilə Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Qətər və Almaniyanı ziyarət edəcək.

Blinken cümə günü Dövlət Departamentində müxbirlərə bildirib ki, o, ölkəni bazar günü tərk edəcək və ABŞ-ın Kabildəb apardığı evakuasiya əməliyyatlarının əsas mərkəzi və minlərlə əfqan qaçqının ilk gətirlidiyi ölkə olan Qətərə “dərin minnətdarlığını” ifadə edib.

ABŞ-ın baş diplomatı deyib ki, daha sonra o, ABŞ-ın Almaniyanın cənub-qərbində yerləşən Ramşteyn Hava bazasını ziyarət edərək orada ABŞ qoşunlarına təşəkkür edəcək və əfqan qaçqınlarla görüşəcək.

Blinken həmçinin Almaniyanın Xarici işlər naziri Heriko Maasla birlikdə 20 ölkə nazirinin virtual görüşünə başçılıq edəcək. O, bu 20 ölkənin əfqanların köçürülüb, yerləşdiriməsinə yardım etməkdə və Talibanı “öhdəliklərinə görə cavabdeh tutmaqda” maraqlı olduğunu bildirib.

Taliban ölkəni tərk etmək istəyən əfqanlar və başqalarının təhlükəsiz keçidlə təmin etməyi vəd edib, lakin bir çox əfqan onların vədlərinə etibar etməyi sual edir.

Blinken cümə günü çıxışında həmçinin ABŞ-ın Əfqanıstandan çıxışını müdafiə edərək deyib ki, ölkədə çox az sayda amerikalı vətəndaş qalıb və Dövlət Departamenti onların hər biri ilə aktiv əlaqədədir.

“Bizim Dohadakı yeni komandamız artıq iş başındadır,” o deyib və bildirib ki, hələ fə Əfqanıstanda qalan hər bir Amerika vətəndaşının məsələsinin həll etmək üçün bir işçi təyin olunub.

Blinken bir daha vurğulayıb ki, son ABŞ qoşunları bu həftə Əfqanıstanı tərk etmədən öncə Dövlət Departamenti ölkədəki amerika vətəndaşlarına 19 dəfə müraciət edib və onların çoxu ikili vətəndaşdırlar və uzun zamandır Əfqanıstanda yaşadıqları üçün, ölkəni tərk edib-etməməyə qərar verməkdə çətinlik çəkirdilər.

O deyib ki, ABŞ hələ də Əfqanıstanı tərk etmək istəyən hər bir amerikalı, Xüsusi İmmiqrant Vizasına namizədlər və Birləşmiş Ştatlara yardım edən başqa əfqanlara yardım etməyə sadiqdir.

Bayden administrasiyası Talibanın avqustun 15-də Kabilin nəzarətini ələ keçirməsindən sonra evakuasiya əməliyyatları səbəbilə Respublikaçı qanunvericilər, insan haqları qrupları və başqalarının tənqidləri ilə üzləşib. ABŞ-ın son hərbi təyyarələri və hərbçiləri ölkəni bazar ertəsi yerli vaxta gecə yarısından bir az öncə tərk edib və təxminən 200 amerikalını, habelə qeyri-müəyyən sayda Amerikaya yardım edən əfqanı geridə qoyub.

ABŞ Müdafiə naziri Lloyd Austin də bazar günündən başlayaraq ABŞ-ın Fars Körfəzindəki müttəfiqlərini ziyarət edərək onlara Əfqanıstandan evakuasiya əməliyyatlarına etdikləri yardımlara görə təşəkkür edəcək. Pentaqonun sözçüsü Con Kirbi cümə günü mixbirlərə onun Qətər, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanını ziyarət edəcəyinin gözlənildiyini bildirib.

Kirbi deyib ki, Austin həmçinin regiondakı ABŞ qoşunları ilə də görüşəcək.

Bu, Baydenin apreldə ABŞ-ın Əfqanıstandan çıxacağını elan etməsindən sonra Austinin regiona ilk səfəri olacaq.

XS
SM
MD
LG