Accessibility links

Blinken Ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa çağıracaq


ABŞ Dövlət katibi Antoni Blinken cümə günü ərəb ölkələrini İsraillə əlaqələri normallaşdırmağa çağıracağını bildirib.

Blinken İsrail, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Mərakeş rəsmiləri ilə virtual toplantıda danışıb. Toplantı keçən il əldə edilmiş və Abraham Sazişi adı ilə tanınan, ABŞ-ın dəstəyi ilə əldə edilmiş razılığın birinci il dönümü münasibəti ilə keçirilib.

İsrailin Xarici İşlər naziri Yair Lapid görüş zamanı bu ayın sonunda Bəhreynə səfər edəcəyini deyib. Bu saziş əldə edildikdən sonra israilli nazirin bu ölkəyə ilk rəsmi səfəri olacaq. O, anlaşmaların yeni üzvlərə də açıq olduğunu bildirib.

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Donald Tramp administrasiyasının vasitəçiliyi ilə əldə olunan razılaşmaları dəstəkləyib.

Lakin fələstinlilər bu razılaşmaları xəyanət kimi qəbul edir. İsrail dövlətinin tanınması Fələstin dövlətinin qurulması istiqamətində uzun müddətdir davam edən ərəb mövqeyini daha da zəiflədir.

Baxmayaraq ki, administrasiya cümə görüşünə qədər razılaşmaların ildönümünü qeyd etməkdən çəkinirdi, Bayden administrasiyasının yüksək vəzifəli rəsmiləri, daha çox ərəb ölkələrinin İsraillə əlaqələrini normallaşdırmasını istədiklərini dilə gətirib.

Blinken sövdələşmələri və onların iqtisadi faydalarını izah edərək bildirib ki, "Hazırki administrasiya normallaşmanın irəliləməsini təmin etmək üçün əvvəlki administrasiyanın uğurlu səylərini davam etdircək".

XS
SM
MD
LG