Accessibility links

Blinken ABŞ-ın demokratiyanı təşviq etmək üçün hərbi müdaxilə yolundan istifadə etməyəcəyini bildirib


Blinken ABŞ-ın demokratiyanı təşviq etmək üçün hərbi müdaxilə yolundan istifadə etməyəcəyini bildirib
please wait

No media source currently available

0:00 0:02:16 0:00

ABŞ Dövlət katibi Entoni Blinken Birləşmiş Ştatların xarici ölkələrdə demokratiyanı dəstəkləyəcəyini, lakin bunu hərbi müdaxilə yolu ilə etməyəcəyini deyib. Bayden administrasiyasının xarici siyasət prioritetlərini açıqlayan Blinken Çinin Birləşmiş Ştatlar üçün ən böyük sınaq olduğunu bildirib.

Birləşmiş Ştatların hərbi qüvvələrinin İraqda 30, Əfqanıstanda isə 20 ildir fəaliyyət göstərməsi ilə hərbi müdaxilənin tənqidçiləri artıq uzun müddətdir ABŞ-ı əsgərləri vətənə qaytarmağa və gələcək "rejim dəyişikliyi" cəhdlərindən imtina etməyə çağırır.

ABŞ Dövlət katibi Entoni Blinken Bayden administrasiyasının öz xarici siyasət kursunu demokratiyanı güc yolu ilə deyil, öz numunəsi ilə dəstəkləyəcəyini bildirib.

“Biz demokratik davranışı təşviq edəcəyik, lakin demokratiyanı baha başa gələn hərbi müdaxilə və ya avtoritar rejimləri zorla devirmək cəhdləri ilə təbliğ etməyəcəyik. Biz bu taktikanı əvvəllər sınamışıq. Lakin nə qədər xoş niyyətli olsa da, bunlar nəticə verməyib.”

Blinken hərbi müdaxilələrin demokratiyanın təşviq edilməsinə pis ad gətirdiyini və Amerika xalqına etibarı sarsıtdığını bildirib. O, Bayden administrasiyasının xarici siyasətin vacib elementi kimi demokratiyanın ölkə daxilində möhkəmləndirilməsi də daxil olmaqla, fərqli şəkildə fəaliyyət göstərəcəyini deyib.

Blinken beynəlxalq sistemi sınağa çəkib, qeyri-stabillik yarada bilmək qabiliyyətinə malik olan yeganə ölkə olduğuna görə Çinin ən böyük təhlükə yaratdığını bildirib. O deyib ki, Vaşinqton Pekinlə əlaqələrdə güc mövqeyindən çıxış etməlidir.

“Bunun üçün müttəfiqlər və tərəfdaşlarla işləmək, onları aşağılamamaq lazımdır, çünki Çinin bizim ümumi gücümüzə əhəmiyyət verməməsi daha çətindir. Bunun üçün diplomatiyada və beynəlxalq təşkilatlarda iştirak tələb olunur, çünki Çin bizim geri çəkildiyimiz yerləri tutur.”

Blinken onun özü və Co Bayden də daxil olmaqla, yeni administrasiyanın bir sıra üzvlərinin keçmiş prezident Barak Obamanın hakimiyyəti dövründə işlədiyini etiraf edib, lakin hazırkı komandanın Obama administrasiyanın bərpası olduğu fikrini qəbul etməyib. O, zaman keçdiyini və Baydenin dünyaya yeni nəzərlə baxdığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG