Dövlət Katibi Antoni Blinken gələn həftə ABŞ ordusunun Əfqanıstandan iyirmi illik müharibəyə son qoyan xaotiki çıxışını araşdıran Konqres panelində ifadə verməyə razı olub.
Müxalif Respublikaçı qanunvericilər və bəzi Demokratlar qoşunların çəkilməsi, ABŞ vətəndaşlarının, eləcə də ABŞ qoşunları üçün işləyən əfqanların ölkədən çıxalıması metodları ilə bağlı Prezident Co Baydenə hücumlar edir.
Qoşunların geri çəkildiyi son günlərdə Kabil hala limanına edilən intaharçı bomba hücumu nəticəsində 13 hərbiçinin həyatını itiriməsindən sonra tənqidlər xüsusi ilə artıb.
Yaxın Şərqdə fəaliyyət göstərən terror qruplaşmasının Əfqanıstan qolu olan Xorasan - İslam Dövləti hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Blinken gələn çərşənbə axşamı Senatın Xarici Əlaqələr Komitəsində ifadə verməyi qəbul edib. Bu arada digər konqres komitələrinin də geri çəkilmə məsələsini araşdıracağı ehtimal olunur.
Rəsmi geri çəkilmə təxminən bir həftə əvvəl başa çatsa da, ancaq təxminən 100 amerikalı Əfqanıstanda qalmaqadadır və ABŞ rəsmiləri çıxmaq istədikləri təqdirdə onlara kömək edəcəklərini bildirir.
Tənqidlərə baxmayaraq ABŞ-dakı seçicilər arasında keçirilmiş anket sorğuları Baydenin Əfqanıstanda "əbədi müharibə" adlandırdığı problemə son qoyma qərarını geniş şəkildə dəstəklədiyini göstərir. Ancaq onun bunu həyata keçirmə metodu dəstəklənməyib.
ABŞ-ın ən yüksək səlahiyyətli diplomatı olan Blinken, ABŞ-ın niyə Amerika vətəndaşlarını təxliyə etməyə daha tez başlamadığı ilə bağlı çətin suallarla üzləşə bilər.
Qanunvericilər Əfqanıstanın Taliban tərəfindən sürətlə ələ keçiriləcəyini və Əfqanıstan hökumətinin çökəcəyini proqnozlaşdıra bilmədikləri üçün ABŞ-ın kəşfiyyat toplama orqanlarını da tənqid edir.
Respublikaçılar suallarını müharibənin son həftələrində və günlərində Baydenin performansına yönəltmək istədiklərini desələr də, Demokratlar dörd prezidentin - Respublikaçılar Corc Buş, Trump və Demokratlar Barak Obama və Bayden administrasiyası zamanı həyata keçirilən müharibə səylərinin hamısını araşdırmağa ümid edirlər.