Accessibility links

Blinken: ABŞ sanksiyaları ləğv etməyəcək və əfqanları yardımla təmin edəcək


ABŞ Taliban əleyhinə mövcud sanksiyaları ləğv etməyəcəyini, lakin təhlükə riski ilə üzləşən əfqanları humanitar yardımla təmin edəcəyini bildirir. BMT hazırda ölkədəki şəraiti "yaxınlaşmaqda olan bir böhran" olaraq xarakterizə edir.

Dövlət Katibi Antoni Blinken çərşənbə axşamı BMT və digər qeyri-hökumət təşkilatları vasitəsilə Əfqanıstan xalqına humanitar yardımı davam etdirəcəyini vəd edib. Bundan bir gün əvvəl isə ABŞ Əfqanıstana 64 milyon dollarlıq yeni humanitar yardım göstərilməsi ehtmalı olduğunu bildirmişdi.

ABŞ-ın baş diplomatı Senatın Xarici Əlaqələr Komitəsi qarşısında keçirilən dinləmələr əsnasında Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə əlaqədar qanunvericilərin çətin sualları ilə üzləşib. Bundan bir gün əvvəl isə o, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində ifadə verib.

Çərşənbə axşamı 3 saata yaxın davam edən dinləmə zamanı Blinken əlavə maliyyənin "sağlamlıq və qidalanma ilə bağlı vacib ehtiyacları qarşılayacağını" bildirib. O həmçinin bu yardımın qadınların qorunması problemlərini həll etmək, eləcə də xüsusilə qızlar və azlıqlar da daxil olmaqla, uşaqların məktəbə qayıtmağına kömək edəcəyini bildirib.

ABŞ-ın Talibanı yan keçərək birbaşa Əfqanıstan xalqına paylayacağı bu yardım ilə birlikdə bu büdcə ilində etdiyi ümumi yardımın dəyəti 330 milyon dollara çatır.

Bu həftənin bazar ertəsi donor ölkələr Birləşmiş Millətlər Təşkilatında Əfqanıstana göndərilməsi üçün 1 milyard dollardan çox yardım vəd edib. Bu isə BMT-nin ərzaq, sağlamlıq, sığınacaq və digər həyati ehtiyaclar üçün çağırış etdiyi 606 milyon dollarlıq yardımı olduqca üstələyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG