Accessibility links

Blinken Afrika səfərinin ilk dayanacağında dünyada "demokratik tənəzzülün" dərinləşdiyini deyib


ABŞ dövlət katibi Antoni Blinken Afrika qitəsinin üç ölkəsinə səfərini bir neçə faktorun bütün dünyada demokratiyanın “tənəzzülünə” səbəb olması xəbərdarlığı ilə başlayıb.

Çərşənbə günü Keniyanın paytaxtı Nayrobidə bir qrup insan haqları fəalı qarşısında çıxış edən Blinken “hətta Keniya kimi canlı demokratiyaların olduğu ölkələr dezinformasiya, korrupsiya, siyasi zorakılıq və seçicilərin hədə-qorxularına qarşı daha həssas olub” - deyə, bildirib.

Co Baydenin keçən ilin noyabr ayındakı prezident seçkilərində qələbəsini diskvalifikasiya etmək məqsədi ilə yanvarın 6-da ABŞ paytaxtında sabiq prezident Donald Trampın tərəfdarlarının hücumuna açıq-aydın istinad edən Blinken "Birləşmiş Ştatlar da bundan sığortalanmayıb. Biz öz demokratiyamızın nə qədər kövrək ola biləcəyini gördük" deyib.

ABŞ-ın yüksək səviyyəli diplomatı iştirakçılara demokratik problemlər, onların həlli ilə bağlı fikirlərini və “Birləşmiş Ştatların bu səylərə necə yardım edə biləcəyini” eşitmək istədiyini deyib.

Blinken bu açıqlamalarını prezident Uhuru Kenyatta və Xarici Məsələlər üzrə səfir Reyçel Omamo ilə planlaşdırılan görüşdən əvvəl verib.

ABŞ Dövlət Departamentinin bildirdiyinə görə, üçlük hökumətləri arasında “COVİD pandemiyasına son və sağlamlığa sərmayə qoymaq, iqlim böhranını həll etmək, daha inklüziv qlobal iqtisadiyyat qurmaq, demokratiya və insan haqlarına hörməti gücləndirmək” ilə bağlı əməkdaşlıqları müzakirə edəcək.

Dövlət Departamenti çərşənbə axşamı Blinkenin, həmçinin Efiopiyada zorakılığa son qoyulması, Somalidə terrorizmlə mübarizə və Sudanın mülki hökumətinin bərpası kimi spesifik regional məsələləri də müzakirə edəcəyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olan Keniya Efiopiya, Sudan və Somali də daxil olmaqla, regional ölkələrlə bağlı məsələlərdə mühüm rol oynayır.

XS
SM
MD
LG