Accessibility links

ABŞ rəsmilərinin Asiya ölkələrinə səfəri davam edir


ABŞ Dövlət Katibi Entoni Blinken və Müdafiə naziri Lloyd Ostin Çinə Bayden administrasiyasının Pekinin regionda zorakı və təcavüzkar hərəkətlərinə biganə qalmayacağı barədə xəbərdarlıq etdikdən sonra Cənubi Koreyaya yola düşüb.

Blinken və Ostin getdikcə iddisı artan Çin və düşmən Şimali Koreya qarşısında Trans-Sakit Okean Tərəfdaşlığını bir daha təsdiqləmək məqsədi ilə yaponiyalı həmkarları Toşimitsu Motegi və Nobyo Kişi ilə “iki üstə gəl ki” danışıqlardan sonra Tokionu tərk edib.

Görüşdən sonra verdiyi ortaq açıqlama zamanı Blinken “Çin öz məqsədinə çatmaq üçün aqressiyadan istifadə etdiyi zaman” Bayden administrasiyasının qarşı çıxacağını deyib.

Motegi ilə ayrıca görüşmədən əvvəl verdiyi şərhində Blinken Vaşinqton və Tokionun “demokratiya, insan haqları və qanunun aliliyinə” inandığını, lakin bütün bu dəyərlərin istər Birma (Myanma), istərsə də Çin olsun, regionda “təhdid altında olduğunu” deyib.

Entoni Blinken və Yaponiyanın Xarici İşlər Naziri Motegi
Entoni Blinken və Yaponiyanın Xarici İşlər Naziri Motegi

Daha sonra Motegi o və amerikalı həmkarının Çinin hərbi varlığını aqressiv şəkildə genişləndirərək, ərazi iddiaları ilə Şərqi və Cənub Çin dənizlərində status kvonu dəyişdirmək cəhdinin əleyhinə olduğunu bildirib.

Pekində Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lijian jurnalistlərə ABŞ-Yaponiya əlaqələrinin “üçüncü tərəfin maraqlarını hədəf almamalı və ya zərər verməməli” olduğunu deyib və tərəfləri “həmrəylik və əməkdaşlığa, eləcə də Asiya və Sakit Okean regionunda sülh və sabitliyə töhfə verməyə” çağırıb.

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında gərginlik qismən keçmiş prezident Donald Trampın başladığı ticarət müharibəsi və Çinin regionda hərbi təsir dairəsini genişləndirmək istəyindən sonra artıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG