Accessibility links

Blinken "Böyük Yeddilər"in görüşündə iştirak edir


ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Böyük Yeddilərin (G-7) xarici nazirlərinin Liverpulda keçirilən danışıqlarında iştirak edir. Danışıqlar Britaniyanın xarici işlər naziri Lizz Trusun avtoritarizmə qarşı birləşmək məqsədilə etdiyi çağırış səbəbilə təşkil olunub.

Trussun çağırışı G-7 kimi tanınan dünyanın ən zəngin demokratiyalarının nazirləri Rusiyanın Ukrayna ilə sərhəddə qoşun cəmləşdirməsini, İranın nüvə ambisiyalarının cilovlanmasını və Myanmada ordunun ələ keçirməsini müzakirə etdiyi bir vaxta təsadüf edib.

“Biz azadlıq və demokratiyanın sərhədlərini məhdudlaşdırmağa çalışan aqressorlara qarşı mübarizə göstərmək üçün güclü bir şəkildə bir araya gəlməliyik,” deyə iki gün davam edəcən sessiyanın açılışını edən Truss deyib, lakin spesifik ölkələrin adlarını çəkməyib.

ABŞ-ın baş diplomatı cümə günü Truss və Fransa və Almaniyadan həmkarları ilə görüşərək, İranla nüvə danışıqlarını irəlilətməyin yollarını müzakirə edib. Blinken daha sonra cümə günü Yaponiya, İtaliya və Avstraliyanın nazirləri ilə ayrı-ayrı görüşlər keçirəcək.

Blinken həmçinin 9-17 dekabr tarixlərində İndoneziya, Malayziya, Tayland və Havayın da daxil olacağı səfəri zamanı Cənub-şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ilə də görüşlər keçirəcək.

Blinken səfəri ABŞ-ın ASEAN-la “strateji əməkdaşlığını” irəlilətmək səylərinin bir hissəsidir. Co Bayden administrasiyası 2022-ci ilin əvvəlində yeni “Hind-Sakit Okeanında iqtisadi çərçivə” başlatmaq niyyətindədir.

Bu ilk dəfədir ki, ASEAN ölkələri Liverpulda keçirilən G-7 ölkələrinin xarici işlər və inkişaf nazirlərinin görüşündə iştirak edir.

Baş diplomatlar Çinin Hind-Sakit okean regionunda nüfuzunu artırmaq səylərini, habelə Rusiyanın Ukraynada qoşunlarını cəmləşdirməsi və qlobal koronavirus pandemiyasını müzakirə edirlər.

Gələn həftə İndoneziyanın paytaxtı Cakartada Blinken Hind-Sakit Okean regionun əhəmiyyəti ilə bağlı çıxış edəcək və ABŞ-İndoneziya Strateji Tərəfdaşlığının vacibliyini vurğulayacaq.

Dövlət katibinin prezidentin yeni açıqlanmış Hind-Sakit okean iqtisadi çərçivəsini” müzakirə etmək imkanı olacaq,” dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə yardımçısı Daniel Kritenbrink müxbirlərə deyib.

XS
SM
MD
LG