Accessibility links

Blinken Bayden administrasiyasının il ərzində xarici siyasətini müdafiə edib


Blinken Bayden administrasiyasının il ərzində xarici siyasətini müdafiə edib
please wait

No media source currently available

0:00 0:02:03 0:00

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində ilin yekunları ilə bağlı mətbuat üçün brifinqdə Bayden administrasiyasının hakimiyyətdə ilk ili xaricisi siyasətini müdafiə edib. Blinken ABŞ-ın xaricdə müttəfiqlərlə yenilənmiş münasibətlərinə diqqət çəkib və eyni zamanda xarici siyasətdə Rusiyanın Ukrayna sərhədi yaxınlığında fəaliyyətləri və Əfqanıstanda artan humanitar böhran kimi problemləri qeyd edib.

Dövlət katibi Antoni Blinken yadda qalan, bəzən isə təlatümlü ildən sonra geriyə və irəliyə nəzər salmaq üçün jurnalistlərlə görüşüb.

Sualların çoxu Ukrayna ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında davam edən müharibə və iki ölkənin sərhədi boyunca Rusiyanın əsgəri qüvvəsinin cəmləşdirilməsinə görə Moskvanın növbəti mümkün müdaxiləsi ilə bağlı idi. Blinken yenidən Moskvanı gərginliyi azaltmağa və hərbi qüvvələri geri çəkməyə çağırıb. Onun sözlərinə görə, ABŞ Moskva və regiondakı bütün maraqlı tərəflərlə mümkündür yanvar ayında danışıqlar aparmağa hazırdır.

“Biz eyni zamanda diplomatiya və çəkindirmə siyasəti yürüdürük. Bunlar bir-biri ilə paralel aparılır. Bildiyiniz kimi, prezident Bayden bir neçə ay əvvəl Cenevrədə prezident Putinlə ilk dəfə görüşəndə - və siz də orada idiniz - prezident Putinə dedi ki, biz Birləşmiş Ştatlar və Rusiya arasında daha proqnozlaşdırıla bilən və sabit münasibətlərə üstünlük veririk, lakin Rusiya ehtiyatsız və ya təcavüzkar hərəkətlərini davam etdirərsə, biz cavab verəcəyik və qətiyyətlə cavab verəcəyik”, Dövlət katibi Blinken bildirib.

Blinkenə həmçinin avqust ayında Talibanın Kabildə hakimiyyəti ələ keçirməsindən sonra ABŞ-ın Əfqanıstandan tələsik və xaotik çıxması ilə bağlı təəssüf hissi keçirib-keçirmədiyinə dair sual verildi. ABŞ Dövlət katibi düşünmək üçün çox vaxt olacağını, lakin prezident Co Baydenin ABŞ-ın Əfqanıstanda 20 illik müharibəyə son qoymaq vədinə əməl etdiyini bildirdi.

ABŞ Dövlət katibi Antoni Blinken

“Biz bunun çətin olacağını bilirdik. Belə də oldu. Biz gələcək üçün evakuasiya və köçürülmə prosesinin dərslərini öyrənirik. Amma bu həm də son 20 ildə ilk dəfədir ki, heç bir ABŞ əsgəri bayram günlərini Əfqanıstanda keçirmir və biz Amerika əsgərlərinin üçüncü nəslini döyüşmək və ölmək üçün oraya göndərmirik”.

Blinken ABŞ-ın əfqan xalqının çəkdiyi əziyyətlərdən tam xəbərdar olduğunu və Əfqanıstan iqtisadiyyatının davamiyyətini təmin etmək və maliyyənin Taliban idarəçiləri deyil, əfqan xalqına qaytarılması üçün müttəfiqlərlə intensiv iş apardığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG