Accessibility links

Blinken ABŞ-ın tərəfdaşlarla münasibətlərinin gücləndirilməsinə çalışır


ABŞ Dövlət Katibi Entoni Blinken çərşənbə axşamı Bayden adsministrasiyasının alyansla bağlı öhdəliyinə "sədaqətini" dilə gətirərək, Birləşmiş Ştatların "ilk növbədə NATO müttəfiqləri" ilə tərəfdaşlıq münasibətlərini bərpa etmək istədiyini deyib.

Blinken NATO-ya üzv olan ölkələrin nazirləri ilə keçiriləcək görüşdən əvvəl Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqlardan öncə onunla birlikdə jurnalistlərin suallarınıı cavablandırıb.

Stoltenberq ABŞ-ın yeni administrasiyasının bu yanaşmasını aıqışladığını bildirərək, "trans-Atlantik münasibətlərdə yeni bir fəsil başlamaq üçün unikal bir fürsətin olduğunu" deyib.

Brüsseldə keçiriləcək iki günlük görüşlər zamanı müzakirə ediləcək əsas mövzulardan biri keçən il Əfqanıstanın Taliban qruplaşması ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında əldə edilmiş razılığa əsasən, ABŞ əsgərlərinin ölkədən bütünlüklə çıxarılması üçün mayın 1-nə qədər qoyulan son möhlət yaxınlaşdıqca NATO-nun Əfqanıstanda missiyası ilə bağlıdır.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Blinken vəziyyətin nəzərdən keçirildiyini və Brüsseldəki işinin bir hissəsinin həm ABŞ-ın fikirlərini bölüşmək, həm də NATO müttəfiqlərini dinləmək olacağını deyib. Onun sözlərinə görə, ABŞ-ın qərarı nə olursa olsun, atılacaq addımlar hərbi missiyada iştirak edən digər üzv ölkələrlə əlaqələndiriləcək.

"Birlikdə daxil olduq, birlikdə idarə etdik və vaxtı gələndə birlikdə çıxacağıq" -deyə, Blinken bildirib.

Stoltenberq sülh səylərini alqışladığını deyib və bunun “Əfqanıstanda davamlı siyasi həllin yeganə yolu” olduğunu vurğulayıb. Lakin NATO-nun baş katibi sülhün əldə edilməsi üçün bütün tərəflərin danışıqları xoş niyyətlə aparmalı olduqlarını, zorakılıqların azalmalı və Talibanın Əl-Qaidə kimi beynəlxalq terrorçuları dəstəkləməyi dayandırmalı olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG