Accessibility links

Blinken: Çinin Tayvan ətrafında hərəkətləri əsassız, qeyri-mütənasib və təxribat xarakterlidir


ABŞ Dövlət Katibi Antoni Blinken cümə günü deyib ki, ABŞ Nümayəndələr Palatasının spikerinin özünü idarə edən adaya səfərinə cavab olaraq Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimlər qeyri-mütənasib və əsassız eskalasiyadır.

ABŞ-ın Çinlə böhran istəmədiyini dəfələrlə təkrar edən Blinken Vaşinqton və müttəfiqlərinin Çinin son addımlarından ciddi şəkildə narahat olduqlarını bildirib.

Çin suveren ərazisinin bir hissəsi olduğunu iddia etdiyi ada ətrafında raketlər atmaq da daxil olmaqla, Tayvan boğazında ən irimiqyaslı hərbi təlimlər keçirir.

“Bu həddən artıq böyük, qeyri-mütənasib və gərginliyi artıran hərbi cavabın heç bir əsası yoxdur,” Blinken ASEAN toplantısı əsnasında keçirdiyi mətbuat konfransında deyib. “İndi onlar təhlükəli addımlarını yeni səviyyəyə qaldırdı.”

O, ABŞ-ın böhrana səbəb olacaq addımlar atmayacağını, lakin regional müttəfiqlərini dəstəkləməyə, Tayvan boğazından standart hava və dəniz tranzitini həyata keçirməyə davam edəcəyini vurğulayıb.

“Biz beynəlxalq hüququn icazə verdiyi yerdə uçacaq, üzəcək və fəaliyyət göstərəcəyik,” o bildirib.

Hazırda Blinken Kambocadadır. O, Cənub-Şərqi Asiya və Yaponiya, Britaniya, Avropa Birliyi və Hindistan da daxil olmaqla, 27 ölkədən olan həmkarları ilə görüşür. O, çinli həmkarı Van Yi ilə görüşməyib.

Toplantıya ev sahibliyi edən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) daha əvvəl bütün tərəfləri təmkinli olmağa çağırıb və böyük güdrətlər arasında səhv hesablama və qarşıdurma riskinin olduğunu bildirib.

Çin cümə günü bildirib ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri zamanı "pis" və "təxribatçı" hərəkətlərinə cavab olaraq ona qarşı sanksiyalar tətbiq edəcək.

Blinken deyib ki, ASEAN və digər Asiya ölkələri rəsmiləri Çinin addımlarının bütün regionda sabitliyi pozacağından ciddi şəkildə narahatdırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG