Accessibility links

Blinken Efiopiyadakı böhranı müzakirə etmək üçün Keniya, Nigeriya və Seneqala səfər edəcək


Antoni Blinken
Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken gələn həftə təhlükəsizlik məsələləri və başqa mövzuları müzakirə etmək üçün Keniya, Nigeriya və Seneqala səfər edəcək. Bu barədə cümə axşamı Dövlət Departamenti məlumat verib.

Departament bildirib ki, Abucada Blinken və Nigeriya Prezidenti Muhammadi Buhari beynəlxalq səhiyyə təhlükəsizliyi məsələsində əməkdaşlığı, enerjiyə çıxışı artırmaq, təhlükəsizlik və başqa məsələləri müzakirə edəcəklər.

Blinken, Keniya Prezidenti Uhuru Kenyatta və digər rəsmilər “BMT-nin Təhlükəsizlik Şurasının üzvləri olaraq bizim ortaq maraqlarımızı, o cümlədən Efiopiya, Somali və Sudan kimi regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər” – Departament bildirib.

Blinkenin ən son dayanacağı Seneqal olacaq. Orada o, paytaxt Dakarda Prezident Maki Sall ilə “iki ölkə arasında yaxın əməkdaşlığı vurğulayacaq,” departament deyib.

Blinkenin 15-20 noybar tarixlərindəki səfəri ABŞ Afrika İttifaqının başçlığı ilə Efiopiya hökuməti ilə etnik tiqraylar arasında döyüşlərə son qoymaq təşəbbüsünü gücləndirmək məqsədinə çatmaq istəyidi bir vaxta təsadüf edir.

Efiopiyada gərginliklər Efiopiya rəsmilərinin hökumətin fövqəladə vəziyyət elan etməsindən bir neçə gün sonra yüzlərlə tiqrayı, o cümlədən BMT və Avropa İttifaqı işçilərini həbs etdiyinə dair xəbərlərdən sonra artıb.

“Mən Efiopiyanın dağılmaq ehtimalına görə çox narahatam,” Blinken cümə günü Dövlət Departamentində bildirib.

Blinken deyib ki, ABŞ Afrika İttifaqının elçisi, sabiq Nigeriya prezidenti Olusequn Obasancı ilə yaxından işləyir və o, münaqişədə atəşkəsə vasitəçilik etməyə çalışır.

XS
SM
MD
LG