Accessibility links

Blinken Efiopiyadakı hərbi gərginliklə bağlı danışıqlara çağırır


Blinken Efiopiyadakı hərbi gərginlikdən narahatdır və böhranla bağlı dərhal danışıqların aparılmasına çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü məlumat verib.

Bu açıqlama Efiopiyanın Baş naziri abiy Əhməd milli ordu ilə birlikdə ön cəbhəyə çıxandan sonraya təsadüf edib.

“Dövlət katibi Blinken Efiopiyada hərbi gərginliyin olduğuna dair narahatedici işarələrə görə narahatlığını ifadə edib və dərhal danışıqlar aparmağın vacibliyini vurğulayıb,” Ned Prays cümə günü bəyanatda bildirib.

Prays bu bəyanatı Keniyanın Prezidenti Umhuru Kenyatta ilə Blinken arasında telefon danışığından sonra yayıb.

Cümə günü Efiopiyanın dövlət Fana Yayım şirkəti bildirib ki, Abiy şimal-şərq Afar regionunda üsyançı Tigrayan qüvvələrinə qarşı döyüşən ordu ilə ön cəbhədədir. Abiy həmin videonu Twitter hesabında paylaşıb.

Abiy hökuməti bir ildən çoxdur Tigrayan qüvvələrinə qarşı döyüşür. Münaqişə nəticəsində Afrikanın ikinci ən çox əhalisi olan ölkəsində minlərlə insanın ölümünə milyonların didərgin düşməsinə səbəb olub.

XS
SM
MD
LG