Accessibility links

Blinken İsraili Qəzzada mülki vətəndaşlara daha çox zərər vurulmasına yol verməməyə çağırıb


ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi daşıyan bir həftəlik səfəri zamanı Təl-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşür, 9 yanvar 2024.
ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi daşıyan bir həftəlik səfəri zamanı Təl-Əvivdə İsrail prezidenti İsaak Hersoqla görüşür, 9 yanvar 2024.

ABŞ Dövlət katibi Antoni Blinken Qəzzada müharibənin bölgədə yayılmasının qarşısını almaq və İsrail rəsmilərinin mülki əhalini qorumaq və Qəzzaya humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün daha çox iş görməsinə nail olmaz səyləri fonunda Tel-Əvivdə İsrail liderləri ilə çərşənbə axşamı görüşləri zamanı "irəliyə ydoğru olları" müzakirə edib.

Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahunu ölkəsinin ordusunun Həmas militanlarına qarşı davam edən müharibədə Qəzzada mülki insanlara daha çox zərər vurmamasını təmin etməyə çağırıb.

İsrail prezidenti İsaak Hersoqla birlikdə açıqlama verən Blinken Qəzzada HƏMAS militantları tərəfindən saxlanılan bəzi girovların ailələri ilə görüşmək və bölgədə Türkiyə, Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi digər ölkələrin liderlərindən eşitdiklərini İsrail liderlərinə çatdırmaq imkanı olacağını bildirib.

Hersoq ABŞ-a "İsrailə qətiyyətli dəstəyinə" görə təşəkkür edib və HƏMAS-a qarşı müharibənin "beynəlxalq dəyərlərə və azad dünyanın dəyərlərinə təsir göstərdiyini" bildirib.

Hersoq həmçinin Beynəlxalq Ədalət Məhkəməsində İsraili Qəzzada fələstinlilərə qarşı soyqırımda ittiham edən iddianı da rədd edərək, bunu "qəddar və ağlasızmaz" adlandırıb.

İş üzrə dinləmələrin cümə axşamı başlayacağı gözlənilir. Hersoq İsrail "beynəlxalq humanitar hüquq çərçivəsində özünümüdafiə iddiasını qürurla təqdim edəcək" deyib.

ABŞ rəsmiləri İsraili Qəzzada dinc sakinləri qorumaq üçün daha çox iş görməyə çağırıb və Blinken bu mesajı çərşənbə axşamı görüşlərində təkrar etməyi planlaşdırıb.

Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrailin Qəzza zolağına hərbi hücumları zamanı əksəriyyəti qadın və uşaq olmaqla, 23 minə yaxın fələstinli həyatını itirib.

İsrail HƏMAS-ı əməliyyatlarını şəhərlərin altındakı tunellərdən istifadə etmək də daxil olmaqla mülki əhalinin olduğu ərazilərdə apardığına görə tənqid edib. Hersoq çərşənbə axşamı deyib ki, İsrail mülki itkilərin olmaması üçün "son dərəcə mürəkkəb şəraitdə əlindən gələni edir".

Blinken bazar ertəsi Yaxın Şərq liderlərinin Qəzza münaqişəsinin yayılmasının qarşısını almaqda qərarlı olduqlarını və "Fələstinlilər üçün irəliyə doğru siyasi yolun müəyyən olumması" zərurətini qəbul etdiklərini bildirib.

"İordan çayının qərb sahili və Qəzza Fələstinin rəhbərliyi altında idarə olunmalıdır", Blinken Səudiyyə Ərəbistanında jurnalistlərə deyib.

İsrail və HƏMAS arasında oktyabr ayında müharibənin başlamasından bəri regiona dördüncü səfərini yekunlaşdıran Blinken Türkiyə, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının liderləri ilə danışıqlar aparıb.

Forum

XS
SM
MD
LG